azia.az
azia.az

Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlunu köməyə çağırdı

11-08-2021, 19:26

Gürcüstanın Dimanisi şəhərində azərbaycanlı və gürcü icmaları arasındakı konflikt gürcü hökumətinin narahatlığına səbəb olub.
Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlunu köməyə çağırdı
Xəbərə görə, rəsmi Tiflisin narahatlığı o həddədir ki, konfliktə son qoyulması üçün "qanuni oğrular”ın yardımından istifadə etmək məcburiyyətində qalıb.

Fransanın "Le Monde" qəzeti Tiflisin keçmiş meri Gigi Uqulavaya istinadən yazır ki, artıq Gürcüstanın Daxili İşlər Nazirliyi Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru” Məhəmməd Qurbanova müraciət edib.Qaynarinfo
Kriminal aləmdə "Maqa Rustavski” ləqəbi ilə tanınan Məhəmməd Qurbanov ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) bacısı oğludur. Məhəmməd Qurbanov kifayət qədər nüfuzlu "qanuni oğru”lardan sayılır. Elə bu səbəbdəndir ki, Gürcüstan DİN-i məhz ona müraciət edib.
Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlunu köməyə çağırdı
Məhəmməd Qurbanov bir neçə il əvvəl Nadir Səlifovla konfliktdə olan gürcü əsilli "qanuni oğru” Quram Çixladze ("Kvejoeviç”) və dəstəsinin hücumuna məruz qalmışdı. Həmin olayda Məhəmməd Qurbanov bıçaqlansa da, həyatını xilas etmək mümkün olmuşdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi