Tanınmış azərbaycanlı “qanuni oğru” titulundan imtina edə bilər
Tanınmış azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Quli) Qazaxıstanın xüsusi xidməti ilə əməkdaşlıq ittihamı səbəbindən titulundan imtina edə bilər.
Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Rusiya daxili işlər orqanlarının kriminal milisinin keçmiş rəisi, cinayət işləri üzrə vəkil Yevgeni Xarlamov deyib ki, “oğru” iyerarxiyasında yüksək mövqe tutanların məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunun qəbulundan sonra güc strukturlarının təxribatları artıb.
Onun sözlərinə görə, həbs edilən avtoritetləri “qanuni oğrular”ın xüsusi xidmətlə əməkdaşlıq etdiyini söyləməyə məcbur edirlər. Bundan sonra kriminal aləm ya güc strukturları ilə real əməkdaşlığa razılaşmalı, ya da onların guya əməkdaşlığı haqda informasiyalar açıq olacaq.
Tanınmış azərbaycanlı “qanuni oğru” titulundan imtina edə bilər
Quli ilə də məhz bu baş verə bilər.
“Bəziləri dözmürlər. Buna dözmək mənəvi cəhətdən çətindir. Əgər o, oğru titulundan imtina edərsə, nə baş verəcək? Çünki bundan sonra öz həyatına gözlənilən təhlükə ortaya çıxa bilər”, - Xarlamov vurğulayıb.
Onun fikrincə, Quli titulundan imtina edə bilər.
Səlifovu bir neçə gün öncə Qazaxıstanın xüsusi xidməti ilə əlaqədə ittiham ediblər. Bu, “qanunçu”nun iştirakı ilə digər “oğru” – Quram Çixladzenin (Kvejoeviç) döyülməsindən sonra baş verib. Bunu yaxınlarda Qulinin əlaltıları arasında ortaya çıxan qazaxıstanlı “avtoritet” Arman Djumaqeldiev (Dikiy Arman) edib. Bundan sonra onun Qazaxıstanın xüsusi xidməti ilə əlaqəli olması barədə məlumatlar yayılıb.