azia.az
azia.az

"Lotu Quli"nin qətlinin sifarişçiləri saxlanıldı

1-11-2020, 14:39

"Lotu Quli"nin qətlinin sifarişçiləri saxlanıldı
Bu ilin avqust ayının 19-da Antalyada otellərin birində qətlə yetirilən Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə görə daha iki nəfər həbs edilib.
Azia.az-ın məlumatına görə, bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, saxlanılanların hər ikisi Azərbaycan vətəndaşı A.M. və R.G.-dır. Onlar oktyabrın 29-da Bakıdan İstanbul Hava Limanına və buradan da Ukraynaya getmək istəyiblər. Polis hava limanında hər iki şəxsi saxlayıb və məhkəməyə gətirilərək həbs olunublar.

Qeyd edək ki, A.M. və R.G. Nadir Səlifovun ölümündən bir neçə gün əvvəl onu qətlə yetirən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli ilə otellərin birində görüşüblər. "Lotu Quli" qətlə yetirilən gün isə onlar Türkiyəni tərk ediblər. İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi apardığı araşdırmaya görə hər iki şəxs Nadir Səlifovun qətlinin sifarişçiləri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi