İrana qarşı sanksiya rejimini pozan amerikalı xanım biznesmen həbs edildi
ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi xanım Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.
Azia.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, xanım biznesmen 2015-ci ilin noyabrından başlayaraq 2019-cu ilin mayına kimi digər şirkətlərdən kompüter avadanlıqları alaraq Hoq-Konqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə İrana satıb.
ABŞ qanunlarına əsasən, sanksiyalar rejimini pozan Tina Çeni 20 il müddətində azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə gözləyir.
İyulun 26-da Nevada məhkəməsində T.Çenə qarşı qaldırılan cinayət işi üzrə ilk dinləmə keçiriləcək.