azia.az
azia.az

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

12-04-2017, 13:56

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların müddətini uzadıb.

Buna səbəb kimi ölkədə insan haqlarının pozulması göstərilir.

Aİ Şurasının kommünikesində deyilir: "Şura İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına cavab olaraq məhdudlaşdırıcı tədbirləri 2018-ci il aprelin 13-dək uzadır".

Qeyd olunur ki, sanksiyalar 82 nəfərin və bir hüquqi şəxsin aktivlərinin dondurulmasını və Aİ-yə səfərlərinə qadağanı əhatə edir, eləcə də İrana avadanlıqların ixracına icazə vermir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi