azia.az
azia.az

Blatterdən şok açıqlama: “Dünya çempionatının püşkatmasının nəticələrinə Fransa hökuməti təsir etdi”

21-02-2016, 07:00

Blatterdən şok açıqlama: “Dünya çempionatının püşkatmasının nəticələrinə Fransa hökuməti təsir etdi” Futboldan kənarlaşdırılan Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter 2022-ci ildə dünya çempionatının keçirilməsi üzrə səsvermədə edilən saxtakarlıqdan danışıb.

Gün.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Blatter “The Guardian” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Fransa hökümət qüvvələrinin təzyiqi nəticəsində səsvermə nəticələri başqa oldu.
“Platini mənə zəng etdi və bildirdi ki, “dövlətin rəhbərliyi ilə görüşmüşəm və mənə bildirilib ki, səsvermədə Fransanın maraqlarını təmin edim”.
O, ABŞ-a səs verməyəcəyi barədə tamamilə qərarlı idi. Bilirdim ki, səsvermədə problemlər olacaq, amma çox gec idi. Hər şey seçkilərdən bir həftə və ya 10 gün qabaq oldu. ABŞ 4 səsə görə seçkilərdə məğlub oldu”.
Qeyd edək ki, Blatter razılaşmaya əsasən, 2018-ci il dünya çempionatının Avropada keçirilməsi, 2022-ci ildə isə Şimali Amerikaya qaytarılması barədə danışmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi