azia.az
azia.az

Yunanıstanda hökuməti qınayan əhali küçələrə axışdı

6-03-2020, 12:28

Yunanıstanda hökuməti qınayan əhali küçələrə axışdı

Yunanıstanda əhali hökumətin qaçqınlara qarşı irqçi siyasətini qınayaraq küçələrə axışıb.

Azia.Az-ın xəbərinə görə, Afinada minlərlə insan parlament binasının önünə toplaşıb.
Onlar üzərində “Birlikdə yaşaya bilərik” yazılmış plakatlarla ölkələrinə gələn qaçqınları dəstəklədiklərini nümayiş etdiriblər.

Xatırladaq ki, Türkiyə Avropa sərhədlərini açandan sonra onun ərazində yaşayan qaçqınlar Yunanıstana keçirlər. Yunan sərhədçiləri isə bu prosesə mane olaraq, qaçqınları dövlətlərinin ərazisinə və Avropaya buraxmaq istəmirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi