“Yunanıstanda gözəl qələbələr qazanmışam”
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə PAOK-a 1:o hesabı ilə qalib gələn “Qarabağ”ın qolunun müəllifi Miçel Madera Yunanıstan mətbuatına danışıb
“Qafqazinfo” xəbər verir ki, ispan futbolçu matç haqqında fikirlərini bildirib:
“2011-ci ildə AEK-də icarə əsasında çıxış etmişdim. Yunanıstanda yaxşı xatirələrim olub. Burada yaxşı oyunlar keçirmişəm, gözəl qələbələr qazanmışam.
Hazırda “Qarabağ”da çıxış edirəm və klubumda özümü xoşbəxt hiss edirəm. Bugünki qələbənin də sevinci böyükdür”.