Türkiyədən Yunanıstana sərt cavab
Türkiyə hakimiyyəti növbəti dəfə Yunanıstanın Türkiyə qoşunlarının Şimali Kiprdən çıxarılması barədə tələbinə etiraz edib
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiprlə bağlı irəli sürülən tələb Yunanıstanın səmimiliyinə şübhə yaradır.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Kiprlə məsələsi ilə əlaqədar məqsədsiz bəyanatlarına və Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan hüquqi prosesə müdaxilə cəhdinə son qoyacağını gözlədiyini vurğulayıb.
Xatırladaq ki, Yunanıstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, Türkiyənin Şimali Kiprdən ordusunu çıxarması Kipr məsələsinin həlli üçün fundamental şərtdir.