azia.az
azia.az

Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnamə qəbul edəcək

10-01-2020, 11:20


ABŞ Nümayəndələr Palatasının cümə axşamı Donald Trampın İranla hərbi əməliyyatlar aparmaq üçün ordudan istifasini məhdudlaşdıran qətnaməni təsdiqləyəcəyi gözlənilir.
Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnamə qəbul edəcək
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tramp rəhbərliyini keçən həftə İranın Qüds Qüvvələri komandiri Qasım Süleymanini Konqreslə məsləhətləşmədən öldürən hava hücumunu tənqid edib və bununla bağlı səsvermə keçiriləcəyini bildirib. O, hava zərbəsini ABŞ əsgərləri və diplomatları üçün təhlükə yaradan "təxribatçı və qeyri-mütənasib" hərəkət adlandırıb.

Qətnamə prezidenti İrana qarşı ABŞ ordusundan istifadə etməməyə çağırır. Konqres müharibə elan etmədən, qanun təsdiq edilmədən və Birləşmiş Ştatların ərazisinə və ya silahlı qüvvələrinə qarşı hücum olunmadan belə hərbi hərəkətlərin həyata keçirilməməsi önə sürür.

"Administrasiya zorakılığın qarşısını alan təcili, təsirli bir de-eskaliyasiya strategiyasını inkişaf etdirmək üçün Konqreslə işləməlidir. Müharibə Amerika və dünyaya baha başa gələr"- deyə, Pelosi bildirib.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasında bu qətnamənin asanlıqla təsdiqlənəcəyi gözlənilir. Respublikaçıların nəzarətində olan Senatın isə nə qərar verəcəyi hələ bilinmir./Amerikaninsesi.org/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi