azia.az
azia.az

TRAMP HÜCUMA KEÇDİ! – İki foto paylaşdı

5-03-2017, 21:05

TRAMP HÜCUMA KEÇDİ! – İki foto paylaşdı


AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp demokratları Rusiya ilə əlaqədə ittiham edib. Bu, Tramp administrasiyasının Moskva ilə əlaqələrinin araşdırılması barədəki çağırışlara Ağ evin cavab reaksiyasıdır.

Donald Tramp «Tvitter»də demokratların lideri Çak Şumerin Vladimir Putinlə bir yerə çəkilmiş arxiv fotosunu dərc edərək, hücuma keçib.

«Təxirə salmadan, senator Şumerə qarşı və onun Rusiya və Putinlə əlaqələrinin müəyyən olunması üçün araşdırmalara başlamaq lazımdır. Necə bir ikiüzlülük!» – deyə, Tramp yazıb.

O, eyni qaydada demokratların Nümayəndələr Palatasındakı lideri Nensi Pelosiyə qarşı da ittiham irəli sürüb – onun Rusiya səfiri Sergey Kislyakla birgə fotosunu dərc edib.

Bundan əvvəl Şumer və Pelosi Baş prokuror Ceff Seşnsın istefasını tələb etmişdi. Konqresdəki dinləmələr zamanı Seşns Rusiya diplomatları ilə heç bir təmasda olmadığını bildirmişdi. «The Washington Post» qəzeti onun Rusiya səfiri Kislyakla görüşdüyü barədə bir məqalə dərc edəndən sonra, Baş prokuror də Maykl Flinn kimi, Kislyakla görüşdüyünü etiraf etməli olub.

Məlumdur ki, bu qalmaqaldan sonra, Maykl Flin öz postundan istefa verib.
Bu barədə aktrisa Sara Cessika Parker yazıb: «Yəni doğrudanmı Rusiya səfiri hamı ilə görüşüb, təkcə məndən savayı?».
Trampın ittihamlarına cavab olaraq, demokratlar qeyd ediblər ki, ABŞ Prezidenti gizli və rəsmi görüşlər arasındakı fərqi anlamır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi