azia.az
azia.az

İran ABŞ-ı "Boeing" qəzasının araşdırılmasında iştiraka dəvət edib

10-01-2020, 11:17


ABŞ-ın Nəqliyyatında Təhlükəsizlik üzrə Milli Şurası Ukrayna təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılmasında iştirak üçün İrandan bildiriş alıb və nümayəndə ayırıb.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” agentliyində daxil olmuş bəyanatda deyilir.
İran ABŞ-ı "Boeing" qəzasının araşdırılmasında iştiraka dəvət edib
Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin PS752 reysinin qəzaya uğraması ilə bağlı İranın Mülki Aviasiyası Təşkilatının Aviasiya Hadisələrinin Araşdırılmaları üzrə Şurasından rəsmi xəbərdarlıq alıb. Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura Mülki Aviasiya Beynəlxalq İdarəsinin proqramına uyğun olaraq qəzanın araşdırılması üçün nümayəndəni seçdi”, - sənəddə bildirilir.

Qeyd edilir ki, İran araşdırmada əsas rolu oynayır. Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurabununla əlaqədar olaraq hadisənin başvermə səbəbləri ilə bağlı spekulyasiya etməyəcək və bütün sualları İran tərəfinə ünvanlamağı xahiş edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi