azia.az
azia.az

Nəqliyyatda qiymətlər yarıbayarı azalacaq

12-03-2017, 10:07

Tariflərin 2 dəfə azaldılması qərarına gəlindi

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaq barədə razılığa gəliblər. İstipress-in "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, məqsəd "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. "İran Dəmir Yolları" şirkətinin sədr müavini Hüseyn Aşuri bildirib ki, qərar görüşdə tariflərin aşağı salınması ilə bağlı qəbul edilib. Bunula yanaşı əsas müzakirə mövzuları "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı olub.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi