azia.az
azia.az

Erməni mərmisi yenidən İran ərazisinə düşdü

5-04-2016, 09:12

Erməni mərmisi yenidən İran ərazisinə düşdü Ermənistan tərəfindən atılan top mərmisi İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin kəndinə fərdi yaşayış evinə düşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Təhlükəsizlik Şurasının katibi Yusif Əsğəri bildirib ki, bununla bağlı Ermənistana sərt xəbərdarlıq olunub.

Y. Əsğərinin sözlərinə görə, Şərqi Azərbaycan əyalətinin Təhlükəsizlik Şurası tərəfindən bütün lazımi tədbirləri görülüb, İranın xarici işlər nazirliyi məsələni erməni tərəfi ilə müzakirə edəcək.

Son günlər ərzində artıq ikinci dəfədir ki, Ermənistandan atılan mərmi İran ərazisinə düşür. Mərmilərin Ermənistan tərəfindən atıldığı sübut olunub. İnsident nəticəsində zərərçəkən olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi