Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı
Azia.az təqdim edir. Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini almasına cavab olaraq ABŞ-ın Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə dair müzakirələr gedir.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini Senata təqdim edib. Demokrat senator Bob Menendez də Türkiyənin F-35 qırıcıları proqramından çıxarılmasının yetərli olmadığını, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildirir.
Senata təqdim edilən qərar layihəsinin altında respublikaçı senatorlar Rik Skott və Tod Young-un imzaları var. Layihədə göstərilir ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri alması ABŞ-ın milli təhlükəsizlik maraqlarına “birbaşa və qorxunc təhdid” yaradıb. Bu səbəbdən Türkiyəyə qarşı CAATSA Aktı-ABŞ-ın rəqiblərinə sanksiyalarla təsir göstərmək haqqında qanun işə düşməlidir.