azia.az
azia.az

“Türkiyə “S-400”-ləri Rusiyadan alıb, ABŞ-a verə bilər” - “Bloomberg” agentliyi

20-12-2018, 22:52

“Türkiyə “S-400”-ləri Rusiyadan alıb, ABŞ-a verə bilər” - “Bloomberg” agentliyi
ABŞ-ın “Bloomberg” agentliyi Türkiyəyə raket satılması məsələsi ilə bağlı maraqlı informasiya ortaya atıb. Agentlik özünü etibarlı iki mənbəsinə istinad edərək, Türkiyənin Rusiyadan alacağı “S-400” zenit-raket komplekslərini tədqiqat üçün amerikalı mütəxəssislərə verə biləcəyini xəbər edib.

Xəbərdə Türkiyə hakimiyyətinin bununla Moskvadan silah almasına görə dəyəcək zərərləri örtə biləcəyi qeyd olunub. “Bloomberg” Türkiyədə bu ideyanın son həftələrdə meydana gəldyini iddia edib.

İnformasiya agentliyi situasiysanın ABŞ-ın rəsmi Ankaraya yönəlik sanksiya təhdidləri, habelə Türkiyəyə “Patriot” zenit-raket sistemlərinin satılması fonunda daha da inkişaf edə biləcəyi ehtimalını irəli sürüb.

Agentliyin xəbərində ABŞ Dövlət Departamentinin Türkiyəyə həmin sistemlərin satılması ilə bağlı 3,5 milyard dollarlıq sazişi təsdiqlədiyi xatırladılır və rəsmi Ankaranın ruslardan silah alması müqabilində “F-35” qırıcı təyyarələrindən məhrum ola biləcəyi vurğulanır.

“Bloomberg”in məlumatında başqa bir maraqlı informasiya da verilib. Agentlik Türkiyə hökumətindəki mənbələrinə istinadən rəsmi Ankaranın həm ABŞ, həm də Rusiya sistemlərini ala biləcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi