azia.az
azia.az

Hulusi Akar: “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

19-07-2019, 08:42

Hulusi Akar: “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”
“Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”
Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən bu fikirləri bildirib.Nazir deyib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür: “Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”.Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp S-400 ZRK ilə əlaqəli Türkiyəyə sanksiya tətbiq olunması haqqında düşünmədiyini açıqlayıb. NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, S-400 ZRK almaq Türkiyənin daxili işidir, Türkiyə NATO üçün S-400-dən daha əhəmiyyətlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi