azia.az
azia.az

Öldü zənn edib yandıracaqdılar, anası icazə vermədi – Hindistanda möcüzəvi hadisə – FOTO

12-07-2019, 07:33

Öldü zənn edib yandıracaqdılar, anası icazə vermədi – Hindistanda möcüzəvi hadisə – FOTO
Hindistanda bir nəfər möcüzəvi şəkildə ölümdən dönüb. “RİA Novosti” xəbər verir ki, hadisə Telanqan ştatında baş verib.Gendam Kiran adlı hindistanlı şəxs yüksək temperatur şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlər ona hepatitin ağır forması diaqnozunu qoyublar. Həkimlər vəziyyəti pisləşən xəstəni özəl klinikalardan birinə yerləşdirməyi məsləhət görüblər.Burada komaya düşən Kiranın qohumlarına beyin ölümünün baş verdiyini və yaşamaq şansının qalmadığını bildiriblər. Həkimlər onu oksigen aparatından ayırmaq istəsələr də, anası oğlunun son nəfəsini evində verməsini istəyib və “ölü”nü evə aparıb.Kremasiyaya (Hindistan adətlərinə görə, ölən insanlar yandırılması – red.) hazırlıq zamanı anası Kiranın gözlərindən yaş süzüldüyünü görüb. Təcili tibbi yardım gəlib və onun ürəyinin hələ də atdığını bildiriblər.
Gənci yenidən xəstəxanaya yerləşdiriblər və bir həftə sonra özünə gələn xəstə yenidən ailəsi ilə danışmağa başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi