azia.az
azia.az

Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ

3-06-2019, 07:54


Yəhudilər doğuluşdan müdrik və ağıllı xalq sayılır. Bu xalq tarix boyu bir çox hücumlara və genosidlərə məruz qalıb. Bununla belə dünyadakı nüfuzlarını indiyədək qoruyub saxlayıblar.
Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ
Azia.az bu yazıda oxucuları müdrik xalqın atalar sözləri ilə tanış edir.

1. Adəm ilk xoşbəxt idi, çünki qayınanası yox idi.

2. Əgər problemi pulla həll etmək mümkündürsə, bu, problem deyil, xərcdir.

3. Allah insana 2 qulaq və bir ağız ona görə verib ki, çox qulaq asıb az danışsın.

4. Allah səni pis qadınlarından hifz etsin, yaxşılardan özün xilas ol.

5. Şərab gəldi, sirr ortaya çıxdı.

6. Allah eyni vaxtda hər yerdə ola bilməz, odur ki, o anaları yaratdı.

7. Keçinin qarşısında, atın arxasında, axmağın isə heç bir tərəfində dayanma.

8. Qonaq da balıq kimi üç gündən sonra iylənməyə başlayır.

9. Bilik çox yer tutmur.

10. İnsan heç olmasa maraq xətrinə yaşamalıdır.

11. Allah kasıbları qoruyur, ən azından bahalı günahlarından.

12. Qarımış qız ərə gedəndə dərhal gənc həyat yoldaşına çevrilir.

13. Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.

14. Uzaqdan bütün insanlar yaxşıdır.

15. Qadınlar daha az deyinsəydi, kişilər daha çoxunu edə bilərdi.

16. Pis arvad yağışdan betərdi, yağış adamı evə soxar, pis həyat yoldaşı isə kişini evdən çölə çıxarar.

17. Dünya insanlar çox olduğu üçün deyil, az insan tapıldığı üçün məhv olacaq.

18. Allah nə olar, məni ayağa qaldır, yıxılmağı özüm də bacararam.

19. Məhəbbət nə qədər şirin olsa da, ondan kompot hazırlaya bilmərsən.

20. Hər kəs pulsuzluqdan şikayətlənir, amma heç kim demir ki, ağılsızdır.

21. Qorxudan ölməkdənsə, gülməkdən ölmək daha yaxşıdır.

22. Təcrübə insanların səhvlərinə qoyduğu addır.

23. Ağ saç müdriklik yox, qocalıq əlamətidir.

24. Etdiyin əməlin cəzasından yox, özündən qorx.

25. Bahalı şeylər də ucuzlaşa bilər, ucuzlaşma.

26. Müdrikin dilindən çıxan tənqid, axmağın dilindən çıxan tərifdən dəyərlidir.

27. Şirin olma, yoxsa səni yeyərlər. Acı olma, yoxsa səni tüpürərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi