azia.az
azia.az

Allah qorxusunun yeddi əlaməti

25-03-2016, 13:08

Allah qorxusunun yeddi əlaməti

Mömin insan, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq sahibi Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:

1. Dil yalandan uzaqlaşar

Allahdan qorxan qul dilini yalandan, dedi-qodudan, intriqaçılıqdan, böhtandan və boş danışmaqdan qoruyar, bunlar yerinə onu zikrlə, Quran oxumaqla və elmi danışmalarla məşğul edər.

2. Qəlbdən qısqanclıq qalxar

Allahdan qorxan qul başqalarına qarşı ürəyində düşmənlik, böhtan və qısqanclıq saxlamaz. Çünki qısqanclıq yaxşılıqları məhv edər. Necə ki, Peyğəmbərimiz (s.a.v) belə buyurar: Atəş odunu necə yeyərsə qısqanclıq da

yaxşılıqları elə yeyər (yox edər).

Biləsiniz ki, qısqanclıq, ürək xəstəliklərinin başlıca əlamətlərindən biridir və bu xəstəliklər də ancaq elmlə və yaxşı əməllər işləyərək müalicə edilə bilər.

3. Göz harama baxmaz.

Allahdan qorxan qul, haram yeməyə, haram içkiyə, haram geyəcəyə v.s. (qısacası) haram olan heç bir şeyə baxmaz. Dünyaya aç gözlərlə deyil, ibrət götürmək məqsədi ilə baxar. Halal olmayan şeylərdən baxışlarını uzaq tutar. Necə ki Peyğəmbərimiz (s.a.v) belə buyurar: «Kim gözünü haramla doldursa Allah da onun gözünü qiyamət günü odla doldurar».

4. Haram tikə yeməz.

Allahdan qorxan qul, qarınına haram tikə soxmaz; çünki haram tikə yemək, ağır günahlardan biridir. Necə ki, Peyğəmbərimiz (s.a.v) belə buyurur:

"İnsanoğlunun qarınına haram bir tikə enincə, tikə mədəsində qaldığı müddətcə yerdə və göylərdəki mələklər təkrar təkrar üzərinə lənət yağdırarlar. O tikəni həzm edərkən öldüyü anda gedəcəyi yer cəhənnəmdir".

5. Əllər Allah rizası üçün işləyər.

Allah qorxusu olan kimsə, əllərini harama deyil, Allahın razılığına uyğun şeylərə doğru uzadar. Necə ki, səhabələrdən Kabul Ahbarın belə dediyi rəvayət edilər: Allah, hər bir bölümü yetmiş min gözlü yetmiş min bölümü olan yaqutdan edilmə bir köşk yaratmışdır. Qiyamət günü bu köşkə; ancaq önlərinə çıxan haram şeylərdən Allah qorxusu ilə uzaq duranlarr girə biləcəklər.

6. Ayaqlar Allah üçün gedər

Allah qorxusu olan kimsə, günah işləməyə deyil, Allahın əmrinə uyğun və ONUN razılığını qazandıracaq işlərə doğru gedər, alimlərlə və yaxşı əməl işləyənlərlə görüşmək məqsədi ilə addım atar.

7. İbadətinə riya (özünü göstərmək) qarışmaz

Allah qorxusu olan kimsə ibadətini sırf Allah rizası üçün edər, riyadan və münafiqlikdən çəkinər, beləliklə Allahın haqqlarında belə buyurduğu kəslərdən biri olar: «Rəbbinin qatında axirət, günahlardan qorxanlar üçündür». (Zuxruf/35)

«Günahlarından çəkinənlər, heç şübhəsiz, cənnətlərdə və bulaqların başlarındadırlar». (Zariyat/15)

«Günahlardan çəkinənlər cənnət və nemətlər içindədirlər». (Tur/17)

«Günahlardan çəkinənlər əmin bir mövqedədirlər». (Duhan/51)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi