azia.az
azia.az

Azərbaycanda xoşbəxt yaşamaq üçün bir adama nə qədər pul lazımdır?

28-11-2018, 11:59

Azərbaycanda xoşbəxt yaşamaq üçün bir adama nə qədər pul lazımdır?


Azia.az -ın məlumatına görə, “Azərbaycanda orta səviyyədə yaşamaq üçün aylıq maaş ən azı 1500 manat olmalıdır”

“Kirayədə qalanlar üçün heç olmasa, 1500-2000 manata ehtiyac var”.

Rusiyalı vətəndaşlar arasında keçirilən sorğu zamanı məlum olub ki, rusiyalı vətəndaşlar xoşbəxt olmaq üçün ayda 188 min rubl (təxminən 5.640 manat) gəlirlərinin olmasını düşünür. Eyni zamanda rusiyalı kişilər qadınlara nisbətən 20 faiz daha çox pul əldə etmək arzusundadır. Həmçinin yaşlı insanlar xoşbəxt olmaq üçün daha çox pul lazım olduğunu bildiriblər. Amerikalılar isə xoşbəxt yaşayış üçün aylıq gəlirin 6000 dollardan çox olmasını vacib hesab edirlər.

Rəsmi məlumata görə, ölkəmizdə isə aylıq gəlir ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Son bir neçə ildə baş verən hadisələr fonunda görünür ki, ölkəmizdə insanların normal yaşayış səviyyəsi heç də məqsədəuyğun hesab olunmur. Belə ki, işçilərin əməyinin ödənilməsinin aşağı həddə olması onların sosial rifahının aşağı düşməsinə birbaşa təsir edir. Bununla yanaşı, işçiyə onun minimal tələbatlarının ödənilməsi üçün lazım olduğundan da az əmək haqqı ödənilməsi həyat səviyyəsinin də aşağı olmasına rəvac verir. Təbii ki, bu vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır və bir çox hallarda insanlar normal yaşayış səviyyəsini təmin etmək üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalırlar.

Maraqlıdır ki, xoşbəxt həyat üçün maddiyyatın rolu hansı səviyyədədir və xoşbəxtliklə madiyyatın birbaşa əlaqəsi varmı?

“Azərbaycanda xoşbəxt yaşamaq üçün nə qədər maaş yetərlidir?”

“Pulsuz insan nə qədər mənən zəngin olsa da, xoşbəxt ola bilmir”.


“Maaş xoşbəxt yaşamaq üçün yox, rahat yaşamaq üçün vacibdir” – deyirlər, amma pulsuz insan nə qədər mənən zəngin olsa da, xoşbəxt ola bilmir. Çünki cibində üç manatın yoxdursa, axşam evə gedəndə gözü qapıya dikilən, “atam gəldi!” deyib boynundan sallanan körpənə bir şokalad ala bilmirsənsə, milyon xoş söz səni xoşbəxt edə bilməz. İndiki bahalaşan qiymətlər, həyat standartlarının tələbatı və s. amillərə nəzər saldıqda, aylıq 2000 manat gəlirin olsa, rahat yaşayarsan. Ən azından psixoloji durumun yerində olacaq, qalan şeylər də yavaş-yavaş düzələr”.


“Maddiyat qətiyyən xoşbəxtlik üçün meyar deyil”.


“Qısaca cavab verim ki, nəinki Azərbaycanda, dünyanın harasında olursan ol, pul və maddiyat qətiyyən xoşbəxtlik üçün meyar deyil. Mən pula görə insana hörmət qoyan adamları heç bir halda çevrəmə daxil etmədiyimdən pulum olanda da, olmayanda da özümü kifayət qədər xoşbəxt hesab edirəm”.


" Kirayədə qalanlar üçün isə heç olmasa 1500 -2000 manata ehtiyac var”.

“Xoşbəxtlik mənim baxışımda mücərrəd bir məhfumdur və ani ruh halı olduğu üçün hesab etmirəm ki, xoşbəxt yaşamaq üçün nə qədərsə maaş və ya pul önəmlidir. Zənnimcə, xoşbəxtliyin maddi tərəfini olmur.

Suala yüksək əhval prizmadan cavab verim: Bu gün orta normal yaşamaq üçün, yeni ildən VÖEN`lə çalışanların ödənişlərinin, sahibkarların DSMF`ə ödənişlərinin artmasını və eyni zamanda hər gün dayanmadan artan ərzaq və xidmət qiymətlərinin qalxdığını nəzərə alsaq, minimum 1000 - 1500 manat məvacib lazımdır. Kirayədə qalanlar üçün isə heç olmasa 1500 -2000 manata ehtiyac var”.


“Azərbaycanda xoşbəxt yaşamağa heç bir məbləğ yetməz”.


"Azərbaycanda xoşbəxt yaşamağa heç bir məbləğ yetməz. Ölkədə bizim xoşbəxtliyimizə mane olan xeyli problemlər var ki, bunların da həlli puldan keçmir. Ümumilikdə sistem dəyişmədikcə, insanların ruh halı, psixoloji durumları müsbətə doğru dəyişə bilməz.

Nə qədər maaş alırsan al. Xoşbəxtliyi bir kənara qoyub, normal yaşamaq üçün əlbəttə yaxşı da qazanc lazımdır. Məsələn, mən kirayədə yaşayıram. Kommunal, kirayəli qarışıq ayda mənzil xərclərinə təxminən 400 manat xərcim çıxır. Maaşdan özümə qalan isə ondan az olur. Üç övladım var. Yəni, hazırkı maaşla mən normal insan kimi yaşaya bilmirəm. Bu şərtlərdə normala yaxın, borc almadan yaşaya bilməyim üçün azı 2000 manat gəlirim olmalıdır. Lakin bu sadəcə qeyd etdiyim kimi, sürünməmək, borca möhtac olmadan yaşamaq üçün qismən kifayətdir. İstirahət, vaxtlı-vaxtında həkim nəzarətindən keçmək, ürəyin istədiyi kimi geyinmək, qidalanmaq, uşaqlarının tələbatlarını ürəyin istəyən kimi qarşılamaq mümkün deyil”.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi