azia.az
azia.az

Bakıda sərxoş qadın sürücü polisi təhqir etdi

25-04-2016, 11:07

Bakıda sərxoş qadın sürücü polisi təhqir etdi Gecə Bakının Səbail rayonu Neftçilər prospektində yol hərəkəti qaydalarını kobud sürətdə pozan xanım sürücü yol patrul xidmətinin əməkdaşlarına çətin anlar yaşadıb. Yol polisinin saxla əmrinə tabe olan sürücü ilk olaraq avtomobildən düşmək istəməyib. Daha sonra sərxoşluğunun müəyyən edilməsi üçün məntəqəyə aparılmağa razılıq verən xanım burda nədənsə polis əməkdaşlarını təhqir edərək fikrini dəyişdirib.
Yanında ailəsi və azyaşlı övladları olan və sərxoş halda sükan arxasına əyləşən xanım sürücü həkim müayinəsindən imtina etdi. Qaçaraq ərazidən yayınmağa çalışan sərxoş xanım ANS əməkdaşının suallarını da cavabsız qoyub.
Azyaşlı övladları ilə birlikdə ilk olaraq avtomobilini ələk vələk etməyə başlayan xanım sürücü daha sonra isə ərazidən qaçıb. Bu zaman onun yanında əvvəl sərnişin kimi əyləşən orta yaşlı bir kişi isə avtomobili ərazidən qaçırmaq istəyib. Buna isə Yol Patrul Xidmətinin əməkdaşları mane olublar.
Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılan xanım sürücünün ad familyasının Vüsalə Hətəmova olduğu məlum olub. Müayinədən keçməməsinə baxmayaraq onun inzibati məsuliyyətə cəlb ediləcəyi bildirildi.
Bir neçə dəqiqədən sonra tərk edilərək ərazidən buraxılan avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparıldı.
Qeyd edək ki, analoji hadisə Bakıda ilk dəfə baş vermir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi