azia.az
azia.az

“Parnik” tərəvəzlərinin AĞIR FƏSADLARI – BÖYÜK TƏHLÜKƏ

2-04-2019, 08:49

"Qış” pomidorunun görünüşü yaxşı olsa da, dadı plastması xatırladır.

Medicina.az bildirir ki, istixana şəraitində yetişdirilən tərəvəzlər torpaqda deyil, onu əvəz edən kokos liflərində yetişdirilir. Lakin bu, bitkinin inkişafı üçün kifayət deyil.
Böyümə zamanı istixana bitkilərini makro və mikroelementlərlə təmin edirlər.
“Parnik” tərəvəzlərinin AĞIR FƏSADLARI – BÖYÜK TƏHLÜKƏ
Lakin yalnız torpaq əvəzləyicisi və qidalı maddələrlə tərəvəz yetişdirmək olmaz. Onların lazımı rəngi alması, tərkibində fruktozanın lazımı miqdarda olması və mayalanması üçün bir sıra şərtlər olmalıdır. Buna görə də bir çox istixanalarda arı saxlanılır. Bu, həmçinin də tozlanmanın normal getməsi üçün vacibdir. Yaxşı tozlanma nəticəsində tərəvəz normal ölçüyə çatır və istənilən rəngi alır.

İstixanada yaşayan başqa bir "əməkdaş” isə yırtıcı həşərat olan entemofaqdır. Onlardan isə ən məşhuru makrolofusdur.

Lakin arıların və entemofaqların istixanadakı işi normal işıqlanma, havalandırma və nəmlik olmasa, əhəmiyyətsiz olardı. Bu işlərə mütləq nəzarət olunmalıdır. Əks halda, il boyu istixana şəraitində tərəvəz yetişdirmək mümkün olmazdı.

Bu zaman günəş şüasının spektrini xatırladan və onu ən yaxşı əvəz edən natrium lampalarıdır. Qaranlıqda böyüyən tərəvəz solğun, dadsız, daha doğrusu, plastilin dadında olur.

Həmçinin istixanada yetişdirilən tərəvəzlər, əsasən də pomidorlar vaxtından tez yığılır. Bu cür tərəvəzlər demək olar ki, bazarların və marketlərin piştaxtalarında yetişir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi