Rusiya mətbuatı təqib olunan azərbaycanlı sahibkardan nələr yazdı...
Qonşu ölkənin meyvə-tərəvəz bazarında soydaşlarımızın uğuru kimləri narahat edir...
Rusiyada meyvə-tərəvəz bazarı çətin günlərini yaşayır. Çətin iqtisadi şərtlərdə həmin bazarın əhəmiyyətli oyunçuları hesab edilən azərbaycanlıların necə ayaqda qalmaları haqda Rusiyanın nüfuzlu nəşrləri reportajlar hazırlayıb.
Nəşrlər yazır ki, azərbaycanlıların şirkətləri Rusiyaya xaricdən daşınan meyvə-tərəvəzin təxminən 25-30 faizinin, daxili tədarükçülərdən alınan meyvə-tərəvəzin 70 faizinin piştaxtalara çıxmasını təmin edir. Rusiya kimi nəhəng dövlətdə həmyerlilərimizin belə bir mövqe tutmasına sevinənlərlə yanaşı, azərbaycanlı iş adamlarını ləkələmək, qaralamaq istəyənlər də yox deyil. Reprotajdan belə aydın olur ki, qaranlıq hesab edilən meyvə-tərəvəz biznesinin arxasında əslində real şirkətlər, işini bilən biznesmenlər dayanır, dövlətə böyük vergilər verilir. Bu gün Rusiya meyvə-tərəvəz bazarının formalaşması prosesi bitib. Artıq əvvəlki üsul-idarəni daha yeni, müasir texnologiyaların tətbiqi ilə gerçəkləşdirilən bir biznes şəbəkəsi tutub. Azərbaycanlıların şirkətləri Rusiya biznes mühitində layiqli yerini tutub, biznes forumlarda, müxtəlif sərgilərdə həmyerlilərimizin şirkətlərinin stendləri böyük maraqla qarşılanır. Xarici dövlətlər həmyerlilərimizin şirkətləri ilə işləməyə həvəs göstərirlər.
Rusiya bazarlarının meyvə-tərvəz təminatı azərbaycanlıların, əsasən də şəmkirlilərin nəzarətindədir.
Fontanka.ru saytı “Rusiya meyvə-tərvəz bazarında nə baş verir” sualını həmyerlimiz Elçin Əhmədovun sahibi olduğu “AyBaRus” şirkətinin baş direktoru Maksim Donsov cavablandırıb.
Yada salaq ki, Elçin Əhmədovun böyük biznesinin varlığı və həmin biznesin qanuni əsaslarla fəaliyyəti yerli məmurlardan bəzilərinə xoş deyil. Odur ki, Elçin Əhmədova qarşı qanunsuzluqlara yol verilir, həmyerlimiz əsassız olaraq təqib olunur. Bu haqda “Yeni Müsavat”ın http://musavat.com/news/meshur-azerbaycanli-is-adami-rusiyada-axtarisa-verildi-sok-teferruat_555427.html 13 sentyabr tarixli sayında geniş yazı təqdim etmişdik. Hazırda axtarışda olan həmyerlimiz Elçin Əhmədovun şirkətinin Rusiyada necə işləməsi ilə bağlı Maksim Donsovun fikirlərini təqdim edirik. Onun sözlərinə görə rublun kursunun qeyri-stabil olması və bir çox dövlətlərlə ticarət dövriyyəsinin məhdudlaşdırılması meyvə-tərəvəz bazarına da mənfi təsir göstərib: “5 il əvvəl meyvə-tərəvəz əsasən Avropa Birliyi dövlətlərindən alınıb. Bu qısa yol, geniş assortiment və kreditlə böyük partiyalarla meyvə-tərəvəz almaq imkanları demək idi. Hazırda isə vəziyyət dəyişib. 2014-cü ildən sonra meyvə-tərəvəz idxalçıları iş modellərində ciddi dəyişikliklər etməli oldular. Yeni istiqamətlər tapmağa, böyük partiyalarla meyvə-tərəvəz tədarük edənləri müəyən edib razılaşmağa və loqistik problemləri həll etməyə başladıq. Bu isə o demək idi ki, yol uzanır, loqistik xərclər artır, tədürükçülərin isə kreditə mal vermək imkanları yox idi. Bundan başqa bir çox satış şəbəkələri də 60-70 faiz özlərini təmin etmək üçün addımlar atmağa başladılar. Yeni reallıqlar meyvə-tərəvəz bazarının bütün iştikarçılarının ayaqda qalmasını mümkünsüz edirdi və belə də oldu. Bununla belə əvəllki illərdə olduğu kimi rəqabət mühiti qalmaqdadır. 2014-cü ildən sonra ayaqda qala bilən şirkətlər bir qədər də gücləndilər, bu da öz növbəsində rəqabət mühitini bir qədər də artırdı. Hazırda Rusiya meyvə-tərəvəz bazarında çalışmaq üçün bazar iştirakçılarının yüksək inamnı qazanmaq, nəzərəçarpacaq dərəcədə malliyyə ehtiyatına sahib olmaq və infrastruktura investisiya yatırmaq gərəkənliyi var.
Bizim şirkət hazırda effektivliyin artırılması, meyvə-tərəvəzin təyinat ünvanına çatması etaplarının optimallaşdırılması istiqamətində iş aparırıq. Soyuducu avadanlıqlarını modernləşdiririk, bu, bizə malların yaxşı vəziyyətdə qalmasına imkan yaradacaq, yeni qablaşdırma xətlərini işə salırıq, malların müştərilərin ünvanlarına çatırılması yollarını da son tələblərə cavab verən tərzə qədər yeniləyirik, anbarlarımızda işlərin avtomatlaşdırılmış qaydada aparılması üçün işlər görürük.
İnkişafı təmin etmək üçün regionlarda mal dağıtım şəbəkələrini aktiv şəkildə genişləndiririk. Bu bizə satış coğrafiyasını genişləndirməyə, alıcılarla aramızda olan vasitəçilərin sayını azaltmağa, çatdırılmanı optimallaşdırmağa və son nəticədə qiymətin aşağı düşməsinə imkan yaradır".
M.Donsov deyib ki, şirkətin baş ofisi və dağıtım mərkəzi Sankt-Peterburq şəhərində - dəniz limanının yaxınlığında yerləşir: “Moskva, Ufa, Samara, Arxangelsk və Novorosiyskdə filiallarımız var. Bizim əsas inkişaf nöqtələrimiz hazırda Cənubi Amerika, Afrika, Türkiyə və Yaxın Şərqdədir. Bununla bərabər şirkətimiz Rusiya tədürükçülərindən və Gömrük İttifaqından mal alışını artırmaqdayıq. Yerli aqrosənaye kompleksi son illər böyüyüb, yetişdirilən meyvə-tərəvəzin keyfiyyəti də idxal edilən meyvə-tərəvəzin keyfiyətindən seçilmir.
Meyvə-tərəvəzin qiymətinə gəldikdə isə konkret fikir bildirmək çətindir. Meyvə-tərəvəzin qiyməti məhsulun həmin il bolluğundan, saxlama imkanlarından - bu malları uzun müddət saxlamaq olmur - asılıdır. Son söz isə əlbəttə ki, alıcılarındır. Onlar rublla səs verməklə bu və digər malın qiymətinin necə olacağını diqtə edilər. Meyvə-tərəvəz həyati vacib qidalar deyil, bu baxımdan da alıcılıq qabiliyyəti də ümumi ekomomik durumdan asılıdır. Əhalinin pulu varsa, meyvə-tərəvəz bazarında da canlanma var".
Baş direktor meyvə-tərəvəz idxal edilən ölkədən Sankt-Peterburqdakı anbarlara qədər hansı yollar keçməsindən də danışıb. Onun sözlərinə görə, idxalçı ölkədən mal gəmiyə yüklənir, həmin yük təyinat nöqtəsinə çatdırılır, orada yük avtomaşınları ilə şirkətimizin dağıtım mərkəzlərinə, oradan isə ticarət şəbəkələrinə daşınır: “Bütün bu yol boyu temperatur rejiminə xüsusi olaraq riayət olunmalı, meyvə-tərəvəz tez zədələnən olduğundan diqqətli və ehmalca rəftar olunmalıdır. Malın spesifikası həm də tətbiq olunan texnologiyalara aiddir: xüsusi nəqliyyat olmalıdır, daşınma şərtlərinin daimi monitorinqi həyata keçirilməlidir, dağıtım mərkəzlərində xüsusi saxlama kameraları olmalıdır ki, tələb olunan temperatur rejimi təmin edilsin, rütubətlilik gözlənilsin. Bütün bu şərtlər bütün etaplarda - malın qəbulu, saxlanılması, qablaşdırılması, yüklənmə və boşaldılmasında gözlənilməlidir”.
Baş direktor deyir ki, ticarət şəbəkələrinin təqdim olunan mallara keyfiyyət tələbləri və Service Level göstəriciləri də artıb. Şərtlər assortimentin saxlanılması, malların təqdimatı üzrə də yüksəlib.
Baş direktor biznesə neqativ faktor kimi qiymət artımının təzyiqini göstərib.
E.MƏMMƏDƏLİYEV,