Bakıda tələbə qız qaçırılıb. Lent.az xəbər verir ki, polisə müraciət edən Binəqədi rayon Rəsulzadə qəsəbə sakini 48 yaşlı Xalid Allahyarov (ad şərtidir) bildirib ki, martın 15-də qızı Ülkər qaçırılıb.
Şikayətçinin sözlərinə görə, qızı həmin gün İqtisad Universitetinə dərsə gedib və Ağası adlı şəxs onu qaçırıb. 48 yaşlı kişi qızının evlənmək məqsədi ilə qaçırıldığını deyib və məsələnin həll edilməsində polisdən kömək istəyib.