Türkiyəli iş adamı Əmir Bahadır dəbdəbəli həyat tərzi ilə sosial şəbəkədə böyük populyarlıq qazanıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli milyarderin fotoları hətta dünyanın ən məşhur saytlarının da diqqətini çəkib.
1991-ci ildə avqustun 15-də İstanbulda dünyaya gələn Bahadır ilk təhsilini Benedikt Fransız Məktəbində alıb. Ali təhsilini davam etdirmək üçün Nyu-Yorka köçüb. Təhsilini başa vurandan sonra o, “RLTY NYC” əmlak şirkətini qurub.
26 yaşlı iş adamı uğurunun sirrini vaxtını düzgün planlaşdırması ilə izah edir. Şirkətin qurulmasından üzərindən dörd ay keçməsinə baxmayaraq, ortaqları ilə birlikdə təxminən 110 milyon dollar qazanmağı bacarıblar.
Nyu-Yorkda milyon dollarlıq investisiyaları idarə edən Bahadır biznesi qədər, əylənməyi və daim diqqət mərkəzində olmağı sevir. Türkiyəli iş adamı xüsusi təyyarəsi ilə səyahət etməyi, kübar dəvətlərində iştirak etməyi, incəsənət kolleksiyası toplamağı və alış-veriş etməyi xoşlayır. Bahadır xüsusilə instaqramda paylaşdığı dəbdəbəli həyatını əks etdirən fotoları ilə diqqət çəkir.