Zəlzələ Bakıda da oldu - Evlər çatladı
Axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.
Azia.az bildirir ki, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.
Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub. Təbii fəlakətlə bağlı rəsmi məlumat yayılıb.
Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəldiyi də bildirilir. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.
Azia.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib.
Yeraltı təkanlar iki dəfə qeydə alınıb. İkinci təkan 10 saniyə davam edib.
İnsanların evlərindən küçələrə çıxdığı bildirilir.
***
Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.
Azia.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.