Ağlayaraq onu “Maşın”dan uzaqlaşdırdı- Foto
“Hind kinosu” devizi ilə yayınlanan “Maşın” şounun növbəti günü yaşanıb. Musavat.com xəbər verir ki, səsverməyə müğənni Səmra Rəhimli çıxıb. O, oyun boyu hədəfini açıqlamayıb. Sonda 79.06 faiz səs toplayan Səmra oyunda qalıb. Onun seçimi gözlənilməz olub: “Xəyalə tək xanın rəqibimdir. Ranar dostumdur. Sərxan günü-gündən zəifləyir. Bernardo Xose güclü rəqibdir. Ona görə seçimim odur”. Səmra Xose ilə vidalaşarkən göz yaşını saxlaya bilməyib. Qeyd edək ki, hazırda şouda mübarizəni Səmra Rəhimli, aparıcı Ranar Musayev, Sərxan Kərəmoğlu, aktrisa Xəyalə Quliyeva davam etdirir.