azia.az
azia.az

Sərxan Sərxan: “Şəbnəmə bacı gözü ilə baxmışam”

27-01-2017, 13:29

Sərxan Sərxan: “Şəbnəmə bacı gözü ilə baxmışam”
Tanınmış müğənni və kinoaktyor Sərxan Sərxan Şəbnəm Tapdıqla münasibətlərindən danışıb

O Milli.Az-a açıqlamasında Şəbnəmlə aralarında heç bir sevginin olmadığını bildirib:

"Şəbnəm xanım çox gözəl bir müğənnidir, biz o vaxt verilişlərdə görüşmüşük. Nədənsə bizim duetlərimiz hamıya maraqlı gəldi və bizi birlikdə verilişlərə dəvət etdilər. Deyirlər ki, mahnılarımı onun üçün oxuyuram.

Xeyr, mən mahnılarımı hansısa bir xanıma həsr etməmişəm. Bu kiminsə fantaziyasıdır. Aramızda necə sevgi ola bilər ki, mən həmişə Moskvada yaşamışam. Mən ona bacı gözü ilə baxmışam, kim nə istəyir, qoy danışsın. Bu sözlər məni qətiyyən narahat etmir, əsas odur, onu narahat etməsin".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi