Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli finala vəsiqə qazanıb
Azərbaycanın "Eurovision-2016" mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli yarışmanın birinci yarımfinal mərhələsində on dördüncü nömrə altında çıxış edib.
Səmra Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları "Miracle" mahnısını ifa edib.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.