Azərbaycan Respublikası Atçılıq Federasiyası 2024-cü ilin yekunlarını qeyd etmişdir
17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak etmişdir.
Gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı federasiyanın prezidenti Elçin Quliyevin açılış nitqində xüsusi olaraq vurğulanmışdır.
Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə etmişdir.
Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilmişdir:
Mükafatlandırma mərasimindən sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək Azərbaycan Atçılıq Federasiyasının 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışmışdır.
Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanmış, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilmişdir.
Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə etmişlər.
Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülmüşdür. Səsvermənin nəticələrinə əsasən, Emil Seyidov Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni baş katibi seçilmişdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası