azia.az
azia.az

"..Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın.."

2-02-2024, 17:21

Şəriətə görə, şərab içmək haram və böyük günahdır. Əgər hər hansı bir içkidə məstedicilik varsa, o şərab hökmündədir. Bəzi insanlar düşünür ki, 100 qram içib, özümü idarə edirəmsə, məst olmuramsa, bunun nəyi günahdır? Hətta elələri də olur ki, içki içdiyi halda, dəstəmaz alıb namaz da qılır. Din xadimləri isə birmənalı şəkildə belə hallarrın günah olduğunu deyir, həmin şəxləri isə cahil sayırlar.

Cəmiyyətimizdə yayılan bir məsələ də bundan ibarətdir ki, bir şəxs əgər içki içərsə, onun nə qıldığı namaz, nə də etdiyi dualar qəbul olmaz. Kimiləri buna inanıb əməl edir, kimiləri isə bunun fərziyyələrdən ibarət olduğunu bildirir.

Bəs doğurdan da, içki içən şəxsin 40 gün ibadəti qəbul olmur?


Mövzu ilə bağlı danışan ilahiyyatçı Elşad Miri Referans.az-a bildirib ki, sərxoş ikən nə dediyinizi başa düşənə qədər namaza yaxın durmamalısınız yəni anlayana qədər:


“Nisa surəsinin 43 ayəsində bildirilir ki, ey iman gətirənlər sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın. Bir insan əgər nə dediyini anlyırsa, namazlarını və ibadətini etməlidir. Bu qəbul edib-etməmək isə Allahın işidir. Heç kim belə bir məhdudiyyət qoya bilməz, çünki bu sanki Allahlıq iddiası etməkdir. İçki içməklə bağlı Qurani-Kərimdə bir cəza yoxdur. İstəyənlər də Quranda içki ilə bağlı 4 ayə var. Həmin o ayələrə baxıb, ordan da şahidi ola bilərlər ki, həqiqətən içki içməyə görə, cəza var, yoxsa yoxdur. Allahın demədiyi və bildirmədiyi bir hökmü demək heç bir zaman heç kimə icazə verilməyib”.


İlahiyyatçı qeyd edib ki, Quranda içki içilən məclisdə oturmaqla bağlı da heç bir qadağa yoxdur, içki ilə bağlı bir qadağa var. Onun sözlərinə görə, içki olan məclisdə bir insanın oturması və buna görə günah qazanması deyə bir şey yoxdur: “Faktiki olaraq bir insanın bir yerdə oturması bu harada qeyd olunub ki, doğrudur, yoxsa yanlış? Bir məsələni nəzərdən qaçırmayaq ki, İslam dini gəldiyi zaman Allahın elçisi onu kimlərə təbliğ edirdi? Həmin o insanlar böyük günahlar işləyirdilər, içki də içirdilər, bütlərin qarşısında da sitayiş edirdilər, insanları da aldadırdılar”.


Təəssüflər olsun ki, bu gün peyğəmbərə istinad edilən hədisləri istinad alanlar məsələn Əbu Davudda və Tirmizidə var. Onlarda Hudud deyilən bölümlərdə qeyd olunub ki, içki içən dördüncü dəfəyə qədər qamçılanaraq döyülür. Əgər bu qamçılanaraq döyüləndən sonra da içki içməkdən imtina etmirsə, o zaman hökm verilir ki, o öldürülsün. Halbuki, Qurana baxdığımız zaman onun heç bir ayəsində buna rast gəlmirik – deyə Elşad Miri əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi