azia.az
azia.az

AMEA əməkdaşları müvafiq sahələr üzrə Bolqarıstan Elmlər Akademiyasının institutlarının təcrübəsini öyrənəcəklər

14-07-2023, 09:13


 Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Respublikasına səfəri barədə məlumat verib. 

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq müqaviləsinin imzalandığını, tərəflər arasında süni intellekt, elektron xidmətlər, seysmologiya, antropologiya, etnologiya, arxeologiya, ədəbi-mədəni əlaqələr, satira və yumor və s. kimi istiqamətləri əhatə edən müştərək layihələrin həyata keçirilməsinin qərara alındığını söyləyib.

Səfər zamanı, o cümlədən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində, Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyində, Etnologiya və Folklor İnstitutunda, Tətbiqi Morfologiya, Patologiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Antropologiya Muzeyində, eləcə də Ədəbiyyat İnstitutunda keçirilən görüşlər zamanı müzakirə olunan məsələləri diqqətə çatdırıb. Akademiya əməkdaşlarının müvafiq sahələr üzrə Bolqarıstan Elmlər Akademiyasının aidiyyatı institutlarının təcrübəsini öyrənmək üçün bu ölkəyə ezam olunacaqlarını bildirib.

Rəyasət Heyəti tərəfindən akademik İsa Həbibbəylinin Bolqarıstan Elmlər Akademiyasına səfəri çərçivəsində imzalanan əməkdaşlıq müqaviləsi və keçirilən görüşlər yüksək dəyərləndirilib, aidiyyatı institutlara müvafiq tapşırıqlar verilib.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi