azia.az
azia.az

Törədilmiş qətllə gbağlı 17 yaşlı oğlan həbs edildi-TƏCİLİ

12-07-2023, 23:17

İyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Oxu24.com-a verilən xəbərə görə, aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır.

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi