azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyanın yeni Baş Katibi kollektivə təqdim olunub

7-07-2023, 23:52

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında kadr təyinatı olub.

Ölkəmizdə biznes mühitinin yaxşılaşması, sahibkarlığın və dövlət-özəl dialoqunun inkişafına yönələn fəaliyyətini daha da gücləndirməyi qarşısına məqsəd qoyan Konfederasiyanın yeni hədəflərə nail olması üçün Baş Katibi vəzifəsi Natəvan Məmmədovaya həvalə edilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev yeni təyin olunmuş Baş katibi kollektivə təqdim edib.

Məmməd Musayev bildirib ki, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə həyata keçirilən islahatlar, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində atılan ardıcıl addımlar ÜDM-də özəl sektorun payının 85%-i ötməsinə səbəb olub.

O, yeni təyinat münasibəti ilə Natəvan Məmmədovanı təbrik edib, ölkə iqtisadiyyatının, dövlət-özəl dialoqunun, özəl sektorun inkişafı üçün yeni çağırışların həyata keçirilməsində Konfederasiyanın qarşısında duran vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə kollektivə uğurlar arzulayıb.

Qeyd edək ki, Natəvan Məmmədova Amerika Ticarət Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Dünya Bankı, ABŞ Xəzinədarlıq Departamenti, McKinsey&Company kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb.

Natəvan Məmmədova yüksək etimada görə minnətdarlığını ifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi