azia.az
azia.az

Milli Məclis “Dövlət satınalmaları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

7-07-2023, 22:48


Yeni qanun büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, ölkədə biznes mühitinin əlverişliliyinə və rəqabətə davamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.

Milli Məclisin bu gün baş tutan növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edib.

İclasda Dövlət Xidmətinin nümayəndələri Milli Məclisin deputatlarının yeni qanun layihəsi barədə suallarını cavablandırıb, müvafiq izahatlar verilib.

Sonda  “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

“Dövlət satınalmaları haqqında” yeni qanun büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, ölkədə biznes mühitinin əlverişliliyinə və rəqabətə davamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi