azia.az
azia.az

Taksi sürücüsü avtomobili teleaparıcının üzərinə sürdü

20-06-2023, 18:28

“Bolt”la işə gəlirəm, 4 manat gediş haqqı yazıb. ATV-yə çatanda 5 manat verdim. Dedim zəhmət olmasa 4 manat çıxın. Şoferin  xoşuna gəlmədi nəsə. Başladı kobudluq etməyə. Nə qədər çıxmalı idim ki? Deyirəm, 4 manat yazıb, mən də deyirəm 4 manat çıxın da. Deyir, bilirəm  də 4  manatdır. Görmürəm? Düzü bu hikkəni anlamadım. Adətən hansısa məbləği uzadırıq və deyirik, filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım. Düşdüm. Sadəcə dedim ki, bu nə danışıq tərzidir. Belə xidmət olmur...

 

Pravda.az-ın xəbərinə görə, bunu teleaparıcı Günay Yelmarqızı bildirib.

 

“Maşının arxasından keçəndə üzərimə sürdü maşını arxada olduğumu bilə-bilə. Maşını vururam ki, nə edirsiz arxadan keçirəm. Yenə dayanmır. ATV mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başlayıb mənə qışqırıb günakar çıxarmağa, mühafizə xidmətilə dilləşməyə. Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmasıdır. Ona görə nömrəsin paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna. Sadəcə, bölüşürəm nümunə olsun başqa sürücülərə. Adətən ödənişi tam verirəm hər zaman. Heç vaxt qəpik qalığı almıram. Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil”, - o qeyd edib.


Cavabdeh tərəf rtedaksiyaya cavab məktubu ünvanlayıb. xahiş edir ki, elə həmin yazıda şirkətin münasibətini dərc edək.

Müştərinin xoşagəlməz təcrübə ilə üzləşdiyi üçün üzr istəyirik. Bütün müştərilərin və sürücülərin təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir. Bolt heç bir fiziki və ya şifahi zorakılığa dözmür və biz platforma istifadəçilərinin keyfiyyət standartlarına əməl etmələrini gözləyirik. Hər hansı bir hadisə baş verərsə, istifadəçilərə hər hansı insident barədə məlumat verməyə imkan verən proqram vasitəsilə dəstəyimizə müraciət etməyi tövsiyə edirik. Bu, bizə gedişi müəyyən etməyə, təfərrüatları araşdırmağa və tədbirlər görməyə imkan verir. Biz hər bir hesabata cavab veririk və hər bir işə lazımi diqqətlə yanaşırıq.

Təhlükəsizliyi artırmaq üçün Bolt proqramda bir sıra funksiyalar tətbiq edib ki, bunlara aşağıdakılar daxildir: hər iki tərəfin xidməti qiymətləndirdiyi və şərh verə biləcəyi sürücü və atlı balı, attraksionların GPS monitorinqi və sürücünün sığortası, avtomobilin arxasında sərf olunan vaxta məhdudiyyət. təkər və SOS düyməsi, həyəcan siqnalı ilə dərhal əlaqə saxlamağa imkan verir.

[email protected]




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi