azia.az
azia.az

Bolt-da yeni təhlükəsizlik funksiyaları. Azərbaycanda sərnişin sığortası funksiyası, eləcə də birgə səfər zamanı narahatlıq hiss edən sürücü və sərnişinləri bir-birindən ayırmaq funksiyası işə salınıb.

6-03-2023, 18:21

Sərnişin və sürücü təhlükəsizliyi Avropanın aparıcı nəqliyyat platforması olan Bolt-un əsas dəyərlərindəndir. 

 

Bolt hər gün öz sərnişinləri və sürücüləri üçün təkmilləşərək xidmətlərini daha da yaxşılaşdırır. İşə, görüşə və ya ziyafətə vaxtında çatmaq üçün sərnişinə sadəcə smartfonda tətbiqi açmaq kifayət edir və demək olar ki, cəmi bir neçə toxunuşdan sonra avtomobil onun ünvanına göndərilir. Əvvəla, Bolt sürücüləri öz sahələrində məsuliyyətli və ixtisaslı olan mütəxəssislərdir. Bundan əlavə, xidmət həm istifadəçilər, həm də Bolt-un tərəfdaşları olan sürücülər üçün daha da rahat səfərlərin təşkil edilməsi məqsədilə yeni “Unmatching driver-rider (Uyğun olmayan sürücü-sərnişin)” funksiyasını əlavə edib.

 

“Unmatching driver-rider (Uyğun olmayan sürücü-sərnişin)” funksiyası tərəflərdən ən azı birinin gedişi bəyənmədiyi halda istifadəçini və sürücünü bir-birindən ayırmağa imkan verən funksiyadır. Başqa sözlə, əgər sərnişin səfərin sonunda sürücüyə aşağı qiymət verərsə və ya əksinə olarsa, Bolt xidməti bir daha həmin sürücü və sərnişinə bir-biri ilə səfər etməyi təklif etməyəcək. 

 

Aparıcı sığorta şirkətlərindən biri olan PAŞA Sığorta ilə əməkdaşlıq sayəsində Bolt nəqliyyat platformasından istifadə edən bütün sərnişinlər sığortalanır. Tərəfdaşlar birlikdə yol-nəqliyyat hadisəsi zamanı sərnişinlərin həyat və sağlamlıq sığortası üzrə xüsusi proqram hazırlayıblar: gediş zamanı mümkün risklər tam əhatə edilir və tibbi xərclərin ödənilməsinə zəmanət verilir. Bununla belə, qiymət dəyişməz olaraq qalır. 

 

Bolt ilə səfər zamanı qəza halında yerinə yetirməli olduğunuz əməliyyatların ardıcıllığını  yadda saxlamaq vacibdir:

-       Qəza yerinə müvafiq xidmətləri – yol-patrul xidmətinin əməkdaşlarını və təcili yardımı çağırmaq. Gəldikdən sonra sığorta hadisəsini təsdiqləmək üçünmüvafiq sənədləri rəsmiləşdirmək. 

-       *7000 qısa nömrəsinə zəng etmək və hadisə barədə məlumat vermək və ya https://www.pasha-insurance.az saytındakı dəstək xidməti ilə əlaqə saxlamaq.

-       Ölkənin tibb müəssisəsindən xəsarətlər və tibbi yardım haqqında sənədləri almaq. Xərclərin əvəzinin ödənilməsi üçün bu sənədlər sığorta şirkətinə təqdim edilməlidir. 

 

“Bizim üçün çox dəyərlidir ki, sərnişin sığortası proqramımız sadə və başa düşülən olmaqla yanaşı, həm də maksimum sayda qəza hallarını əhatə edir.. Sərnişinlərimizin təhlükəsizliyi hər şeydən üstündür. “PAŞA Sığorta”nın tərəfdaşları ilə birlikdə biz gözəl bir nəticə əldə etdik: sərnişinlər yolda özlərini sakit və təhlükəsiz hiss edə bilərlər” deyə, Bolt şirkətinin Azərbaycandakı səfər sifarişləri şöbəsinin rəisi Naim Əzizov xülasə edir.

 

O cümlədən bütün platforma sürücülərinin şəxsi reytinqi var ki, bu da sərnişinlərin özləri tərəfindən formalaşdırılır. Hər gedişdən sonra siz tətbiqdə sürücünün işini qiymətləndirə bilərsiniz (hətta mütləq qiymətləndirməlisiniz!). Belə ki, rəyinizi bildirə və səfəri nə dərəcədə bəyənməyinizdən asılı olaraq müəyyən sayda ulduz qoya bilərsiniz.

 

Bolt şirkətinin Azərbaycandakı səfər sifarişləri şöbəsinin rəisi Naim Əzizov deyir: “Əks əlaqə, yəni istifadəçilərin rəyi bizə xidməti daim təkmilləşdirməyə imkan verən vasitədir. Məsələn, müəyyən sürücünün reytinqi çox aşağıdırsa, biz onu bloklayırıq. İstifadəçilər isə əvvəlki sərnişinlər tərəfindən yüksək qiymətləndirilən sürücünü seçmək imkanı əldə edirlər”.

 

Sərnişin sığortası, sürücü reytinqi və yeni “Uyğun olmayan sürücü-sərnişin” funksiyası xidmət mexanizmindəki vacib təfərrüatlardan yalnız bir neçəsidir. Bolt şirkəti rayd-heylinq (səfər) xidmətlərinin keyfiyyəti və təhlükəsizliyi üzərində daim çalışır. Bu günə qədər aşağıdakı təhlükəsizlik vasitələri tətbiq edilmişdir: sürücünün SOS düyməsi, səfərlərin GPS-nəzarəti, sürücünün qiymətləndirilməsi. Eləcə də Bolt dəstək komandası fasiləsiz işləyir, istifadəçiləri maarifləndirir və tətbiqdə verilən bütün suallara operativ şəkildə cavab verir. Avto Bolt sifariş xidməti hər sifarişdən sonra istifadəçilərdən daimi rəy almaqla real vaxt rejimində xidmətlərin keyfiyyətinə nəzarət edir. Vacib amil isə odur ki, Bolt-un tərəfdaş sürücülərinin 95%-nin reytinqi 4.92-dən yuxarıdır.

 

Bundan əlavə, Bolt komandası əldə etdiyi nailiyyətlər ilə kifayətlənmir və əlavə təhlükəsizlik funksiyaları əlavə edərək öz tətbiqini daim təkmilləşdirir. 

 

Bolt şirkəti haqqında məlumat 

 

Bolt Avropa və Afrikanın 45 ölkəsində və 400-dən çox şəhərində 100 milyon insanın istifadə etdiyi Avropanın çoxfunksiyalı tətbiqidir. Şirkət öz istifadəçilərinə daha yaxşı alternativlər təklif etməklə şəxsi avtomobillərin istifadəsindən ortaq mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Bolt-un xidmətlər silsiləsinə səfər sifarişi, karşerinq, elektrikli skuterlərin icarəsi, eləcə də qida və ərzaq məhsullarının çatdırılması üzrə istiqamətlər daxildir.

 

Hazırda Bolt-un səfər sifarişi xidməti Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir. Həmin şəhərlər bunlardır: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəki.

 

Əlaqədar şəxs: 

Viktoriia Prylutska

[email protected]

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi