Konstitusiyaya dəyişiklik təkliflərini təqdim edəcəyik - ƏRDOĞAN
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibdə ilk iclasından sonra ictimaiyyətə açıqlama verib.
Referans.az xəbər verir ki, o, 4 saat davam edən iclasdan sonra toplantıda müzakirə olunan mövzular barədə məlumat verib.
Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. "Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik", - o bildirib.
Türkiyə lideri seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb: "Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır".