Dəyanət Səlimxanlı Seçki marafonuna start verdi-Sumqayıt 41 saylı birnci seçki dairəsinin seçicilərdən mötəşəm qarşılama
Dəyanət Səlimxanlı Seçki marafonuna start verdi-Sumqayıt 41 saylı birnci seçki dairəsinin seçicilərdən mötəşəm qarşılanma
41 Saylı Sumqayıt birinci seçki dairəsindən olan namizəd Dəyanət Səlimxanlı seçicilərlə görüşdü. İlk olaraq Şəhidlər Xiyabanını ziyarət edən Dəyanət Səlimxanlı, sonra seçicilərin görüşünə qatıldı.
Azia.az xəbər verir ki, deputatlığa namizəd Dəyanət Səlimxanlı özü haqqında seçicilərə məlumat verərək bildirdi ki, namizədliyim qeydə alınan darənin problemləri ilə tanışam. İnsanların problemlərinin vəkili olub onların Parlamentdə səsi olacam. Seçicilərinə təşəkkür edən Dəyanət Səlkimxanlı bildirdi ki, "Mənə imza verən Sumqayıtlılara dərin təşəkkürümü bildirirəm. Mənim bu il keçiriləcək Parlament seçkilərində iştirakımın əsas səbəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci Vitse Prezidenti, Azəri-Türk dünyasının Dəmir-Ledisi Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən böyük islahatlardır. Eyni zamanda həm ölkə başçısı İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın biz jurnalistlərə olan böyük etimad və hörmətinin nəticəsidir. Bu il parlament seçkilərinin tam şəffaf və demokratik keçəcəyinə inanıram. Sumqayıtlıların mənə olan sevgisi və hörməti böyükdür. İnanıram ki, bu seçkilərdə namizədliyimi verdiyim dairədən deputat mandatını qazanacağam. İndiyə kimi müstəqil dövlətimizin daxili və xarici siyasətini və bu siyasətdən irəli gələn məsələlərin həllində daim öz güc və bacarığımdan istifadə etmişəm və bundan sonra da seçilməyimdən asılı olmayaraq Azərbaycan əsgəri sərhədlərimizi silahla qoruduğu kimi məndə qələmimlə Azərbaycanımızın mənafeyini, onun daxili və xarici siyasətini qoruyan və qoruyacaq bir jurnalist əsgərəm. Sizin hamınıza təşəkkür edirəm. Mənim digərlərindən fərqli olaraq dəbdəbəli ofisim sizin yanınız olacaq"-deyə bildirdi.
Tədbirdə digər çıxış edənlər də Dəyanət Səlimxanlı haqqında geniş məlumat verərək əsil deputat mandatına layiq bir insan olmağını bildirdilər. Daha sonra çıxış edən sakinlər seçkilərdə də ona səs verəcəklərini dedilər.
Görüşün sonunda Dəyanət Səlimxanlı şikayət və sözü olan seçicilərini fərdi qaydada qəbul etdi.
Azia.az