Paşinyan da Ərdoğanın and içməsinə qatılacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə 20 ölkənin lideri qatılacaq.
Gundem.az xəbər verir ki, bunlar NATO baş katibi, Ermənistanın baş naziri, Şimali Kipr Türk Cumhuriyyəti, Azərbaycan, Qazaxıstan, Əlcəzair, Macarıstan, Ruanda, İran, Rusiya, Venesuellanın dövlət başçıları olacaq. Qeyd edək ki, Türkiyənin növbəti 5 ili üçün prezident seçilən Rəcəb Tayyib Ərdoğan sabah and içəcək.