azia.az
azia.az

Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib

27-05-2023, 09:24

Ermənistanın Müdafiə Nazirliyi 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

Bir qədər əvvəl diversantların Azərbaycan ərazisinə keçdiyi təkzib edilirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.

Qeyd edək ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

DSX-dən verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi