Nərimanov rayonunda QARAJ necə GÖZƏLLİK SALONU oldu..? - 39 saylı məktəblə üzbəüz gözəllik salonu...
Nərimanov rayonunda QARAJ necə GÖZƏLLİK SALONU oldu..?
39 saylı məktəblə üzbəüz gözəllik salonu...
Gözəllik salonu işlədən Mübarizin qızı obyektinin qabağından keçən yolu kəsib...
Dəfələrlə Gündəlik-Bakı olaraq yazmışıq ki, məktəbin, məscidin yanında başqa təyinatlı obyekt ola bilməz.
Biz üstüörtülü yazdıq...başa düşdünüzmü , cənablar..?
Heç kim bizdən inciməsin və biz kimlərinsə həyat yoluna zərrə qədər kölgə salmaq istəmirik.
Və hər birimizin qadın ailə üzvləri toydan, şənlikdən öncə gözəllik salonuna gedir və bu adi məsələdir. Amma...
Əmması odur ki...
Deyəsən mövzu daha dərinliyə getdi...
Cənablar, bir daha deyirik ki, gözəllik salonu da, hətta qəssabxana da cəmiyyət üçün çox vacibdir.
Amma məktəbin, yaxud uşaq bağçasının yanında dana kəsmək, mal başı nümayiş etdirmək uşaqların gələcəyində travma yaradır.
Nə isə...başa düşənlər üçün deyək ki, məktəblə üzbəüz Gözəllik salonu açmaq heç bir meyara uyğun deyil.
Vay o gündən ki, bu gözəllik salonu məktəbə gələn şagirdlərin yolunu kəsir.
Həm də necə kəsir ?
Bu obyekti 100 metr o yanda aç dəə....
Biz onu da demək istəmirik ki, Bakıda bir çox gözəllik salonlarında ən bahalı UYUŞDURUCU maddələr verilir...
Bu bizim mövzumuz deyil, qoy müvafiq orqanlar araşdırsınlar.
İndi isə qayıdaq konkret mövzuya.
Deməli, Nəriman Nərimanov rayonunda R.Nəsirəddinov adına 39 saylı orta məktəbin qabağında Gözəllik salonu tikilib. Məktəblə düz üz-üzə...
Biz məktəbin direktoru Tahirə Şükürova (012-564-88-95) ilə əlaqə saxlamaq istədik.
Sonra düşündük ki, xanım məktəb direktorunun bu məsələdə nə günahı ola bilər.
Bunun üçün şəhər meriyası, Arxitektura komitəsi, nə bilim xeyli dövlət qurumu var.
Ona görə də məktəb direktoruna zəng etməkdən vaz keçdik.
Amma ziyalı olan məktəb direktoru da haray sala bilər ki, bu nə rəzalətdir...
Deməli, haqqında bəhs etdiyimiz gözəllik salonunu PA-da çalışan Mübarizin müəllimin qızı işlədir.
Məlumat üçün qeyd edək ki, bu ərazidə qaraj tikintisi üçün icazə alınıb. Amma sonradan QARAJ dönüb olub GÖZƏLLİK SALONU....
Yəni torpaq sahəsi konkret olaraq zəbt olunub.
Bəziləri başa düşmür deyə, aydınlıq gətirək ki, torpağı zəbt etmək tankla torpağa girmək deyil, torpağın təyinatını saxta yolla dəyişdirmək özü ZƏBTDİR.
Deməli, torpağın zəbt olunması ilə bağlı soruşanda MİS (JEK) deyir ki, bizlik deyil...
Sahə müvəkkili Faiq müəllim sakinlərə deyir ki, mənlik deyil, bunlar yolu zəbt ediblər...
Deməli, rayon ərazisindəki Əhməd Rəcəbli 3 b küçəsindəki yol kəsilib, hərəkət etmək mümkün deyil...
Ərazidə “dəftər-kitab” satan Anar obyektinin qabağındakı yola kubik qoyub ki, heç kim keçə bilməsin...
Mübariz müəllimin qızı, yəni salonu işlədən xanım da obyektinin qabağına kubik qoyub ki, heç kim keçə bilməsin.
Bir sözlə, hər kəs öz obyektinin qabağını kubiklə hasarlayıb gediş-gəlişə imkan vermirlər. (bunu biz demirik aaa, Prezidentə dəstək təşkilatının Zəngilan şöbəsinin sədri, tanınmış sənət adamı Cəmilə İsgəndərova deyir)
P.S Növbəti yazıda Nərimanov rayonunu zəbt edən Mübariz müəllim barədə, onun zəbt etdiyi sənədsiz torpaqlar, parkın yanındakı “Loğman” apteki barədə bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.