azia.az
azia.az

Uşaq bağçasında kütləvi zəhərlənmə

21-05-2023, 09:51

Ermənistanın Artaşat şəhərindəki uşaq bağçalarından birində kütləvi zəhərlənmə olub.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 16 uşaq zəhərlənib.

Onlar şəhər tibbi məntəqəsinə yerləşdiriliblər.

Zəhərlənmə əlamətləri uşaqlar evə qayıtdıqdan sonra özünü biruzə verib.

Şəhər xəstəxanasının direktor müavini Qriqor Şadyanın sözlərinə görə, zəhərlənənlərdən 3-ün vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağırdır. O bildirib ki, əsas simptomlar ishal, qusma, qızdırma, halsızlıqdır.

Faktla bağlı Ararat Regional İstintaq İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi