azia.az
azia.az

Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı

8-10-2021, 18:59

Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbərlik etdiyi "Buta” bağçası ilə bağlı qalmaqal davam edir.

Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilməməsidir. Bu məsələ hazırda tərəflərin qarşılıqlı şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma mərhələsindədir.

Qeyd edək ki, Günay Ağamalı baş verənlər barədə mediaya açıqlamasında qarşı tərəfin onu şantaj etdiyini bildirib.

Abdurrahman Kumaş isə Qaynarinfo-ya açıqlamasında bu iddianın əsassız olduğunu deyib:

"Mən bu barədə mediaya hər hansı açıqlama verməmişəm. Mətbuatda bizim polisə müraciət etdiyimiz barədə məlumat dərc olunub. Bu məlumatı hardan aldıqlarını bilmirəm. Günay Ağamalı isə həmin sayta bizim guya onu şantaj etdiyimizi bildirib. Halbuki, məsələ tamamilə başqa cürdür. Məsələ burasındadır ki, ödəniş etməyimizə baxmayaraq, vəd edilən dərslər (loqoped, gimnastika və s.) keçirilməyib. Mən də bununla bağlı Günay xanıma müraciət etmişəm. O isə ödənişi qaytarmaq üçün xanımımla həm telefon, həm də "WhatsApp” üzərindən danışıqlar aparıb və pulu geri qaytarmağa razılaşaraq sentyabrın 9-na saat 17.00-a "Buta” bağçasında görüş təyin edib”.

Abdurrahman Kumaşın sözlərinə görə, razılaşmaya baxmayaraq, Günay Ağamalı polisə müraciət edib.

Türkiyə vətəndaşı əlavə edib ki, əslində onların tələbi vəd edilən dərslərin keçirilməsidir. Abdurrahman Kumaş övladının bağçada xəsarət almasına toxunaraq bildirib ki, artıq bu fakt sübuta yetirilib:

"Artıq bununla bağlı ekspert rəyi var. Rəyi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Nərimanov şöbəsi verib. Mənim övladım daun sindromludur. Buna baxmyaraq, bağçanın rəhbərliyinin məsuliyyətsizliyi üzündən övladım xəsarət alıb. Daun sindromlu uşaqlar birinci vitse-prezident Mehriban Əliyevanın himayəsindədir. Ona görə bu məsələ ilə bağlı Mehriban xanıma da müraciət etmişik. Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirb”.

Günay Ağamalı isə Qaynarinfo-ya açıqlamasında qarşı tərəfin haqsız olduğunu deyib:

"Mən bu barədə mediada fikirlərimi bildirmişəm. Həmçinin hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Hazırda araşdırma gedir. Üç ay üçün aylıq 270 manat ödəniş edib, loqoped müəlliminə isə 200 manat vermişdi. Son günlər isə bağçada uşağına yaxşı baxılmadığını deyərək həmin pulu geri istəyir. Əgər bu aylar ərzində uşağı bağçaya qoyub narazı idisə, nəyə görə övladını dərsə gətirməyə davam edirdi?”.

Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Deputat qızının bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi