Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
Azia.az report-a istinadən xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.
Yaralıları bina sakinləri tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Azyaşlıların valideynləri "Report"a bildiriblər ki, övladlarının vəziyyəti ağırdır.




"Harada olurdumsa Laçına qayıtmağa tələsirdim" – Qəzənfər Hüseynov (FOTOLAR)
MM-in deputatları bunlar ola bilərmi?
İnsanları heyvanlardan, heyvanları insanlardan necə qoruyaq?
