azia.az
azia.az

28 mayda keçiriləcək prezident seçkilərində Türk milləti sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək- Baxçalı

16-05-2023, 08:06

“Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçirilən seçkilərdə çox ciddi uğur qazanıb”.

Bunu partiyanın sədri Dövlət Baxçalı deyib. 

O qeyd edib ki, Türk milləti bütün dünyaya demokratiya dərsi verib. “28 mayda keçiriləcək prezident seçkilərində Türk milləti sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək”, – Baxçalı bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq və Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq.

Onu da bildirək ki, parlament seçkilərində MHP 10,07 faiz səs qazanıb və TBMM-də 50 deputatla təmsil olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi