azia.az
azia.az

SON DƏQİQƏ: Türkiyədə AKP və Ərdoğan gedir? - BAXÇALI AÇIQLADI VƏ...

1-09-2021, 19:38

SON DƏQİQƏ: Türkiyədə AKP və Ərdoğan gedir? - BAXÇALI AÇIQLADI VƏ...
Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı növbəti seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əməkdaşlıq, həmçinin 10 faizlik səs səddinin 7 faizə endirilməsi ilə bağlı vacib açıqlamalar verib.

Azia.az xəbər verir ki, Dövlət Baxçalı səs səddinin 5 faizə endirilməsi ilə bağlı müzakirələrin yersiz olduğunu bildirib. O qeyd edib ki, Cumhur İttifaqı (AKP-MHP) bu rəqəmin 7 faiz olması ilə bağlı razılığa gəlib.

"Hörmətli prezidentimiz Bosniyaa-Herseqovina və Monteneqroya səfərindən sonra təyyarədə mətbuat mənsublarına açıq şəkildə bildirdi ki, səs səddi 7 faiz olacaq. Hesab edirəm ki, bu açıqlama ilə məsələyə nöqtə qoyuldu".

Dövlət Baxçalı növbəti seçkidə AKP ilə əməkdaşlığın - Cumhur İttifaqının davam edəcəyinin də anonsunu verib.

Bu açıqlamadan sonra bir çox sisyasi ekspertlər hesab edir ki, AKP növbəti seçkilərdə də Türkiyə Böyük Millət Məclisində çoxluq əldə edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi