Sərvər Bəşirli Əminə Ərdoğanın qonağı olub - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ölkədə fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən və zəlzələ bölgəsində könüllü işlərdə iştirak edən bir qrup şəxslə birgə iftara qatılıb.
Bu barədə məlumatı Ə.Ərdoğan tviter hesabında paylaşıb.
Tədbirə dəvət olunanlar arasında zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn azərbaycanlı Sərvər Bəşirli də olub.
Qeyd edək ki, soydaşımız S.Bəşirli Türkiyədə zəlzələdən zərər görənlərə dəstək göstərən könüllü fəaliyyətlərə qoşulub.




