Savadsızlıq, Saxtakarlıq, Səviyyəsizlik, Plagiat... ZORƏN ALİMLİK
I hissə
Əlaqədar sahənin obyektivlik, ədalət hissindən məhrum olmamış nümayəndələrinin yekdil səslə etiraf edəcəyi bir gerçəklik – AR Prezidenti yanında Ali Attestasiya Komissiyasında Rəhbərlər dəyişsə də, yeni qanunlar, qaydalar qəbul edilsə də elmi dərəcə və adların verilməsində bütün iddiaçılara eyni münasibətin olmaması XXI əsrin 3-cü onillik qədər elmdən ən yüksək nəticələrin gözlənildiyi bir dövrdə davam edir. Bu qurumda məmur, zəngin adam, “arxalı adam” fenomenlərinə sıradan çıxmış sfetaforun sönməyən yaşıl işıq sistemi kimi bir münasibət dəyişmir ki, dəyişmir.
Budur AR Prezidenti yanında Ali Attestasiya Komissiyası Qlobal mədəniyyətin güclü təsiri ilə dünya düşüncəsini yerindən oynadacaq intibah, - ən aktual, ciddi mövzulu dissertasiyaların müdafiəsi tələbi gündəmdə olduğu bir vaxtda ortabab belə olayan, ölkə elmi üçün utanc verici, digər tərəfdən dərinə gedilsə məzmunca “başqa daraqlarda toxuyan” bir “cızma-qaranı” müdafiəyə təsdiq edib. AAK bu mahiyyət etibarı ilə başdan-başa savadsızlıq, saxtakarlıq, səviyyəsizlik, daha pisi plagiat “tablosuna” hələ bir göz qırpımında “Birdəfəlik sovet" verib. Qondarma kosmik sürət mexanizmi ilə müvafiq etapları adlamış bu “dissertasiyanı” həqiqi mənada kim oxuyub, müsbət rəy veribsə qanun və vicdan qarşısında məsuliyyəti daşıyır.
Beləliklə, Əminə Əliyevanın dissertasiyasının lakonik kitabı – Avtoreferatı ilə bağlı bütünlüklə mənfi qənaətimi əsaslandıran, nə qədər gecikmiş olsam da onun müdafiəsinin dayandırılmasını, ona diplom verilməsindən imtina olunmasını şərtləndirən dəlillərimi diqqətə çatdırıram.
Əvvəlcə elə Ali Attestasiya Komissiyasının ümumi qaydalarının bu “dissertasiyacığa” aid olmamış “ip ucunu” qeyd edim. Hamı üçün tələb olan – dissertasiya və avtoreferatın bir ay əvvəldən kitabxanalar və əsas da müdafiənin təşkil olunduğu müəssisədə elektron baxışa verilməsi qaydası niyə Əminə Təvəkkül qızı Əliyevaya şamil edilməyib? Saxtakarlığın ilk nümunəsi – niyə Əminə Təvəkkül qızı Əliyeva Avtoreferatında yalandan yazıb ki, “Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan İlahiyyat İnstitutunun rəsmi internet saytında yerləşdirilmişdir”.
Məlumat üçün bildirirəm ki, 7 dekabr, 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutunda keçiriləcək dissertasiyanın nə özü, nə Avtoreferatı bu institutun saytında yoxdur. Ümumiyyətlə, İlahiyyat İnstitutunda dissetasiya, avtoreferat yerləşdirilmiş səhifə yoxdur. Hətta institutun 0125106545 telefonu da işləmir ki, bunu bildirəsən.
Bu məqamda mən Azərbaycan İlahiyyat İnstitutunda adı çəkilən resusları axtaranda orda maraqlı bir məqaləni də oxumuşam, eyni zamada ali məktəbdə "Birdəfəlik" müdafiə şurasının 2 noyabr 2020-ci ildə yarandığını, artıq müdafiə keçirildiyini də öyrənmişəm. Bu baxımdan Əminə Əliyevanın dissertasiya və avtoreferat yerləşdirilməyib, yerləşdirilməyib, heç olmasa 3 gün qalır müdafiəyə, ZOOM qaydasında linki saytlarında paylaşsınlar... Bu praktikanın da Əminə Təvəkkül qızı Əliyevaya şamil edilməməsi təəssüf doğurur.
İkincisi, onun dissertasiyası Milli kitabxana kimi Ana “arxivə” də verilməyib. Halbuki bu da AAK qaydalarında əsas təşkil edir. Şəxsən mənə 2015-ci ildə müdafiəyəmə 1 ay qalmış dissertasiyamı həm Milli kitabxanaya, həm MEK-ya vermək şərti izah edilmişdi. Deməli, Əminə Təvəkkül qızı Əliyeva elə bir təbəqə nümayəndəsidir ki, elə “böyük adam”dır ki, bu qayda – tələb ona aid deyil.
Mən onun dissertasiyası, avtoreferatı ilə tanış olmaq istədiyim barədə AAK sədrinə şikayət də ünvanlamışam, o məktubuma ehtimal ki, ya Müraciətlərə baxılması haqqında AR Qanunu əsas götürüb 1 ay sonra cavab verilər ya da (mən, bizlər kimik ki!..) heç cavab verilməz.
Əslində “siravi” elm “əsgərlərinin” dissertasiyalarını "nöqtə-vergülünə" kimi yoxlayan AAK bu işi heç mövzu, onun işlənməsi səviyyəsi baxımından demirəm, elementar sadə baxışla o dəqiqə görünəcək nöqsanları görmədən, hətta “Birdəfəlik sovet” verməklə xüsusi qiymətləndiribsə bu “nəyə görəsə” böyük iltifatın nişanəsidir.
Bu baxımdan düşünürəm ki, mənim Əminə Təvəkkül qızı Əliyevayanın güclə əldə etdiyim (Milli kitabxanın direktoru Kərim Tahirova təşəkkür edirəm) Avtoreferatının “içindəkiləri” bir “şeyird” kimi diqqətə çatdırmağım hamıdan artıq elə AAK rəsmiləri üçün faydalı olar və ya olmalıdır.
Beləliklə, elmdə əsas tədqiqatın mövzusudur. Sonra yenilik və aktuallıqdır. Əminə Təvəkkül qızı Əliyevayanın dissertasiyası “XƏLVƏTİYYƏ: İDEYA MƏNBƏLƏRİ VƏ MÜASİR İNKİŞAF MEYİLLƏRİ (ƏLCƏZAİR NÜMUNƏSİNDƏ)”- mövzusundadır. İlk baxışdaca mövzunun adı suallar doğurur. Çünki XƏLVƏTİYYƏ böyük islam elmi – tasaffuvun bir təriqətidir və dissertasiyanın birinci fəsli “Sufizmdə xəlvətilik anlayışı”, fəslin 2 yarım fəsli - “Sufizmin İslam mənəvi mədəniyyət tarixində yeri və rolu(1); “Sufi xəlvətilərin əsas ideya mənbələri(3) mövzusundadırsa, üstəlik Əlcəzairdə Xəlvətiyyə və digər qollar sufi əsaslarından ayrı təsəvvür olunmursa tədqiqatın adında bu nəzərə alınmalıydı.
Sonra “İDEYA MƏNBƏLƏRİ VƏ MÜASİR İNKİŞAF MEYİLLƏRİ” ifadəsi elmi mahiyyətinə görə və həmçinin də XƏLVƏTİYYƏ təriqətinə münasibətdə ən azı peşəkar bir tədqiqatçının yerinə yetirə biləcəyi çox mürəkkəb mövzudur ki, Əminə Əliyevayanın bu işə girişməsi ilk başdan saxtakarlığı ifadə edir. Daha sonra mövzunun birinci hissəsinin əsaslandırılması üçün 10 illər bu sahədə ciddi tədqiqat aparmaq lazımdır və ya belə ağır mövzunu əsl sufilik alimləri tədqiq edə bilərlər. İddiaçının XƏLVƏTİYYƏ ƏLCƏZAİR nümunəsində MÜASİR İNKİŞAF MEYİLLƏRİ- ni işlədiyini vəd etməsinə gəldikdə ümumiyyətlə, “meyil” sözünün məna müəyyənliyi elmi-obyektiv qiymətləndirməyə əsas vermir. Meyillər “əsaslar və ya ideyalar”la müqayisədə dəyişikliklərə, həmçinin vaz keçilmələrə həssas bir düşüncədir. Necə deyərlər külək kimi əsib keçmək mahiyyətindədir. Bu baxımdan yenilik, kəşf kimi böyük tarixi yükü daşıyan disssertasiya işlərində “meyillər”-ə əsaslanmaq doğru deyil.
Bundan başqa bu ölkə timsalında konkret olaraq XƏLVƏTİYYƏnin Azərbaycan, Anadolu, Osmanlı Türkiyəsi ilə müayisədə nə elə güclü elmi-nəzəri və sosial ideya mənbələri vardır, nə də müsəlman, xristian qarışıq – şərqli və qərbli sufilik xəritəsində NÜMUNƏ SEÇİLƏCƏK xüsusi İNKİŞAF proqramları, prioritetləri, istiqamətləri, yeni tendensiyaları vardır. Məsələn, Əlcəzair əvəzinə Xəlvətiyyənin tarixən daha güclü ölkələri, məsələn, Misir, Suriya və b.nümunəsində izləyib qiymətləndirmək daha faydalı olardı.
Digər tərəfdən ƏLCƏZAİR NÜMUNƏ kimi götürülübsə birinci növbədə Şimali, Qərbi və ümumiyyətlə, bütün Afrikada yalnız bu regionun seçilməsinə aydınlıq gətirilməlidir. Ancaq XƏLVƏTİYYƏnin tarixi ilə hətta səthi tanışlıq deməyə əsas verir ki, bu avtoreferatda onun yayılması səbəbləri səthi, ciddi yanlışlıqlarla, hətta plagiatlar əsasında şərh olunub. Həmçinin Məğribdə - şimali Afrikada ticaniyyə, rəhmaniyə təkcə Əlcəzairdə deyil, başqa regionlarda da yayılmışdır və heç də zəif hesab olunmur. Daha bir təəssüf doğuran məsələ, iddiaçının nəinki Şimali Afrikada, Əlcəzairdə Xəlvətiyyənin qollarının regiona görə dəyişən özünəməxsus ənənələri haqqında məlumat vermir, heç bu təriqətin identik əsaslarını, konkret rituallarını, zikr elementlərini təhlil edib, müqayisələndirmir.
Əlbəttə dissertasiya əlimizdə olmadığı üçün bu fikrimizi geniş faktlarla konkret şəkildə sübut edə bilmirik. Lakin avtoreferatda qarşılaşdığımız bu və bu kimi təhriflərdən bəzilərini göstərə bilərik. Məsələn, iddeaçı Xəlvətiyyənin Şimali Afrikada yayılmasını 2 abzasda dırnaq işarəsi qoymadan “şərh edərkən” burdan-bura bizim öz alimlərimiz və əsas da Türkiyənin Xəlvətiyyə tədqiqatçılarına, hələ üstəlik ƏLCƏZAİRİ NÜMUNƏ SEÇİBSƏ onlara deyil, əsərin adından göründüyü kimi “Son dövr Orta əsrlərdə Qahirənin Mülki Elitası” – yəni Misir tarixi haqqqında tədqiqata və türk dilinə tərcümə olunmuş əsərə istinad edib. Hələ bu istinad ədəbiyyatlarının adlarını təhrif etməklə yazıb ki, bu savadsızlıq və səviyyəsizlikdən xəbər verir.
Beləki, “Sühreverdi Şihabuddin. Avarifu’l-Maarif. adlı klassik – köhnə ərəb əlifbası ilə əsər vardır. Lakin Əminə Əliyevayanın 33-cü istinadda göstərdiyi İstanbul: Semerkand, 2004-cü ildə çap olunmuş, 710 səhifəlik ədəbiyyat göstərici Dr. Dilavər Selvinin "Gerçek Tasavvuf" adlı tərcümə əsəridir. Bəs iddiaçı niyə əsərin kitabın üstündə böyük hərflərlə yazılmış adını - "Gerçek Tasavvuf" yazmamışdır?
İstinadın səhifəsini göstərilməməsi də elə burdan qaynaqlanır. Bunun isə səbəbi iddiaçının bu kitabın satış saytı göstəricilərindən istifadə etməsidir. Nəşriyyat adını İstambul:Səmərqənd göstərməsi də burdan qaynaqlanır. Bu ki, açıq saxtakarlıqdır yaxud da plagiatın “izini”itirmək, cəmiyyətə bu kitabı oxuduğu və hətta ona istinad etdiyi yalanını “sıramaqdır”. Yəqin ki dırnaqsız verilmiş cümlələr də hardansa oğurlanmışdır.
34-cü istinad da müəllifin soyadını düz yazmayıb. “The civilian Elite of Cairo in the Latter Middle Ages”. Princeto, 1981, p.69-72 . Kitabının müəllifinin adı Perry C. deyil. Carl F. Petry-dir.
Mən 26 səhifəlik, titul vərqlərini çıxmaqla 20 səhifəlik Avtoreferatda müdafiəsindən imtina edilməsi üçün çox ciddi əsaslarla qarşılaşmışam. Birincisi mövzu elmi cəhətdən qətiyyən əsaslandırılayıb. Elmi sahə müəyyənliyi qətiyyən yoxdur. Tarixdir, tarix yoxdur. Fəlsəfədir, fəlsəfi dəyərləndirmə yoxdur. İlahiyyatdır, heç bir müqayisəli təhlil yoxdur. Element olaraq nə Azərbaycan – Türk sufiliyi, Xəlvtiyyəsi, nə Şimali Afrika - Əlcəzair sufiliyi, ticaniyəsinin mahiyyəti açıqlanmayıb. Müasir inkişaf meylləri fakta, dəlilə söykənməyən 2-3 cümlə ilə elə ağlasızmaz “ara söhbəti” məzmununda verilib ki, radikal təriqətçilər xəbər tutsalar ən azı bu yazının müəllifini və onu alim kürsüsünə çıxaranları təhqir edərlər. Plagiatlar, savadsız fikirlər, elmdən kənar cəfəngiyyat şərhlər, bəsit yanaşmalar, təhriflər, primitiv üslub və dil eybəcərlikləri və s. və i.a.
Bütün bunlar bir məqaləyə sığmır. Ona görə də mən bu 1-ci məqalədə 7 dekabrda, - yəni 3 gün sonra Azərbaycan İlahiyyat İnstititunda birdəfəlik sovetdə “beş dəqiqəyə” müdafiə edəcək Əminə Təvəkkül qızı Əliyevayanın “XƏLVƏTİYYƏ: İDEYA MƏNBƏLƏRİ VƏ MÜASİR İNKİŞAF MEYİLLƏRİ (ƏLCƏZAİR NÜMUNƏSİNDƏ)”- mövzusunda dissertasiyasının Avtoreferatında aşkarladığım plagiatları diqqətə çatdırmaq istəyirəm. Ancaq bu plagiatlar da bir xeylidir. Onların da bir qismini təqdim edirəm. Buyurun tanış olun:
1. Avtoreferat 3-cü səhifədən başladığı kimi iddiaçı Əminə Əliyevanın plagiatları da elə 3-cü səhifədən başlayır:
Əminə Əliyeva YAZIR:
“Şərqlə Qərb arasında körpü yaradan sufizmin əsrlər boyunca, ona tapınanların, onunla yaxından maraqlananların mənəviyyatında
oynadıgı rolu, bildiyimiz kimi, heç bir ideologiya və ya hətta ən yüksək təhsilin verdiyi mükəmməlik belə oynaya bilməmişdir”.
İndisə diqqəti bu plagiat cümlənin qaynağı - fəlsəfə doktoru, Mətanət Şəkixanovanın I Həmzə Nigari simposiumu kitabında(2012) yer almış “XIX əsrin dünya Fəlsəfəsi tarixindəki xarakteristik Xüsusiyyətləri və bu əsrdə yaşamış Azərbaycanlı Nəqşbəndi Şeyxi Mir Həmzə Nigari” məqaləsinə yönəldirəm.M.Şəkixanova yazır:
“Şərqlə Qərb arasinda körpü yaradan sufizm əsrlərdir ki ona tapınanlarin, lap elə onunla yaxından maraqlananlarin mənəviyyatında oynadıgı rolu bildiyimiz kimi heç bir idealogiya və ya hətta ən yüksək təhsilin verdiyi mükəmməlik belə oynaya bilməmişdir. (shttp://www. miras.az /userfiles /Hemze_ Nigari_ kitab% 20chap.pdf.səh.240) .
2. Əminə Əliyevanın Mətanət Şəkixanovadan plagiatının davamı. O, avtoreferatın 3-cü səhifəsində YAZIR: Bu
deyilən fikirləri təsdiqləmək üçün, sufizm həyat tərzinə üz tutanların tərcümeyi-halları ilə qısa şəkildə tanış olmaq kifayətdir. Belə
qənaətə gəlmək olar ki, bunun səbəbi, irqindən, dinindən asılı olmayaraq ən adi insanları belə mənəvi saflığa, əxlaqi gözəlliyə və
kamilləşərək mahiyyətləri olan Həqiqətə qovuşmağa dəvət edən sufizmin təbliğ etdiyi ideyaların ancaq bəşəri olması ilə
əlaqədardır.
Mətanət Şəkixanova I Həmzə Nigari simposium məqaləsində Giriş hissədə (səh.240) yazır: Sufizm həyat tərzinə üz tutanların tərcümeyi-halları ilə tanışlıq söylədiyimizi təsdiqləmişdir. Bu yəqin ki, irqindən, dinindən asılı olmayaraq ən adi insanları belə mənən saflığa, əxlaqi gözəlliyə və kamilləşərək mahiyyətləri olan Həqiqətə qovuşmağa dəvət edən sufizmin təbliğ etdiyi ideyaların ancaq bəşəri olması ilə əlaqədardır.
3. Əminə Əliyevanın Mətanət Şəkixanovanın yenə bu məqaləsindən növbəti plagiatı. O, avtoreferatın 5-ci
səhifəsində YAZIR:
“Sufizmin Azərbaycanda həqiqi mənada ardıcıl təmsilçiləri X əsrdən etibarən bərqərar olmuşdur. Belə ki, təsəvvüfün bu torpaqlarda
sistemləşdiyi XII əsrdən etibarən Sührəvərdiyyə, Əbhəriyyə, Zahidiliyyə, Xəlvətiyyə, Səfəviyyə, Hurufilik, İşragilik, Əxilik mühüm
fəlsəfi cərəyanlar bu torpaqlarda təsəvvüfi dünya görüşünün formalaşmasından doğmuşdur.”
Mətanət Şəkixanova I Həmzə Nigari simposium məqaləsində (səh.240) yazır: “Sufizmin Azərbaycanda həqiqi mənada ardıcıl təmsilçiləri X əsrdən etibarən meydana çıxmışlar. Təsəvvüfün bu torpaqlarda sistemləşdiyi XII əsrdən etibarən isə Sührəvərdiyyə, Əbhəriyyə, Zahidiliyyə, Xəlvətiyyə, Səfəviyyə, Hurufilik, İşragilik, Əxilik kimi mühüm fəlsəfi cərəyanlar bu torpaqlarda təsəvvüfi dünya görüşünün formalaşmasından doğmuşdur”.
Əminə Əliyevanın anası Zöhrə Əliyevadan da plagiatları diqqəti cəlb edir. Tanış olun. O, avtoreferatın 19-cu səhifəsində YAZIR:
“... onun atası şiələrin yeddinci imamı Museyi-Kazımın nəslindən idi. 32 Tam şəkildə adı əsSeyyid Cəmaləddin Yəhya ibn əs-Seyyid Bəhaəddin əş-Şirvani əşŞamaxi əl-Bakuvi olan görkəmli alim və filosofun Xəlvətiyyə təriqətinin inkişafında oynadığı rol misilsizdir. Heç də təsadüfi deyildir ki, 1463/64 ildə vəfat etmiş şeyxin mavzoleyi Bakıdakı “Şirvanşahlar Sarayında” yerləşir. Bu fakt böyük mütəfəkkirin həmin dövrün təkcə elmi və dini həyatında deyil, eləcə də siyasi və ictimai həyatında kifayət qədər çəkisinin olmasının göstəricisi hesab edilə bilər. Şamaxıda doğulan Seyid Yəhyanın həyatının əsas hissəsi Bakı ilə bağlı olmuş, elə buna görə də özünə Bakuvi adını götürmüşdür. Böyük mütəfəkkir Şamaxıdan buraya 20 yaşında, Xəlvəti ordeninə hamilik edən, Əbdürrəhman Caminin bildirdiyinə görə hətta Seyyid Yəhya Bakuvinin müridi olmuş Şirvanşah Xəlilullahın (1417-1465) hakimiyyəti dövründə köçmüşdür.
Bu cümlələr kosmetik fərqlə Zöhrə Əliyevanın I Həmzə Nigari simposiumu kitabında (2012) dərc olunmuş “Azərbaycanın mənəvi həyatında təsəvvüf (S.Y.Bakuvi və Xəlvətilik cərəyanı) məqaləsindəndir(s.359.). Tanış olun: Şərq xalqları arasında geniş yayılmış xəlvətiyyə özünün əxlaqi dəyərlərinə uyğun olaraq mədəniyyətlər və sivilizasiyalar arasında bir hadisəyə cevirilmişdir. Xəlvətiyyə ordeninin əsası orta əsrlərin görkəmli alimi və filosofu Seyyid Cəmaləddin Yəhya b. əs-Seyyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvi tərəfindən qoyulmuşdur. (1463/64 ildə vəfat etmişdir). S.Bakuvinin mavzoleyi Bakıda “Şirvanşahlar Sarayı”nda yerləşir. Mütəfəkkir Şamaxıdan buraya 20 yaşında, Xəlvəti ordeninə hamilik edən, Əbdürrəhman Caminin bildiriyinə görə hətta S.Bakuvinin müridi olmuş Şirvanşah Xəlilullahın (1417-1465) hakimiyyəti dövründə köçüb gəlmişdir. Onun atası yedinci imam Musayi Kazımın nəslindən olmuşdur”.
4. Əminə Əliyevanın anası Zöhrə Əliyevadan növbəti plagiatı. Buyurun tanış olun. O, avtoreferatın 19-20-ci səhifəsində YAZIR:
“Qafqazda və Türkiyədə geniş yayılan Xəlvətiyyə təriqəti XV əsrdə Misirə və Yaxın Şərqə gəlib çatdı. XVIII əsrin sonunda Xəlvətiyyə
davamçılarından biri, şimalqərbi Afrikada Ticaniyyə ordenini təsis edir.
Xatirə Qliyeva
fəlsəfə elmləri doktoru
cahanplus.com